İstanbulda “Şuşa-Türk Dünyasının Mədəniyyət Paytaxtı” mövzusunda fotosərgi açılıb
Yusif Nəzərli
14:22 14.06.2022
Aktual
383
İyunun 14-də İstanbulun Haliç Universitetində “Şuşa-Türk Dünyasının Mədəniyyət Paytaxtı” mövzusunda fotosərgi açılıb.
"Report"un yerli bürosu xəbər verir ki, tədbir “İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondu (AGF) ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) dəstəyi ilə baş tutub.
Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayan tədbirdə hər iki qardaş ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sərginin açılış mərasimində çıxış edən Haliç Universitetinin rektoru professor Zafer Utlu, AGF-nin icraçı direktorunun müavini Qədir Xəlilov, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və digərləri qədim tarixə malik Azərbaycan-Türkiyə münasibətlərindən danışıblar.
Qeyd edilib ki, hər zaman olduğu kimi 44 günlük Vətən müharibəsi dövründə də Türkiyə mənəvi və siyasi dəstəyi ilə Azərbaycanın yanında olub. Xüsusilə, Şuşa Bəyannaməsindən sonra iki qardaş ölkə arasındakı əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəlməsinin, ölkələr arasındakı qardaşlıq bağlarının sübutu olduğu vurğulanıb.
Azərbaycan və Türkiyə gənclərinin həmrəyliyi, eləcə də Şuşa Bəyannaməsinin qəbulunun birinci ildönümü ərəfəsində belə bir tədbirin keçirilməsi çıxışçılar tərəfindən yüksək qiymətləndirilib.
Tədbir çərçivəsində professor Zafer Utluya “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən “Azərbaycanın dostu” plaketi təqdim olunub.
Sərgidə Şuşanın işğal dövründə və sonrakı görüntülərini özündə əks etdirən fotolar nümayiş olunur.
Qeyd edək ki, eyni mövzulu sərgi İstanbulun Tuzla rayonunda fəaliyyətə başlayan xalq kitabxanasında da açılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi