İstanbulda ticarət mərkəzinin tavanı çökdü: Yaralılar var

Türkiyənin İstanbul şəhərində ticarət mərkəzində yerləşən kafenin tavanı çöküb.

Sondakika.com-un xəbərinə görə, Zincirlikuyuda baş verən hadisə nəticəsində yaralananlar var.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım cəlb olunub.

Hələlik hadisənin başvermə səbəbi məlum deyil.