İsveçrədə miqrantlar təqaüdçülərlə bir evdə yaşamalı olacaq

İsveçrəyə köç edən miqrantlar təqaüdçülərin yanında məskunlaşdırılacaqlar.

“Deutsche Welle” nəşri yazır ki, sözügedən addım xaricilərin İsveçrəyə inteqrasiyası proqramı çərçivəsində həyata keçiriləcək.

Layihə müəllifi hesab edir ki, bu vasitə ilə tənha yaşayan təqaüdçülər yalnızlıqdan qurtulacaq, mühacirlər isə İsveçrə cəmiyyətinə daha tez inteqrasiya olunacaqlar.

Müəllif hesab edir ki, ölkəyə köç edən miqrantlar İsveçrə cəmiyyəti ilə təmasda olmurlar. Proqram, eyni zamanda, ölkəyə gələn insanların İsveçrəni daha yaxşı başa düşməyə şərait yaradacaq.