İyul ən isti ay kimi tarixə düşəcək

2023-cü ilin yayında görünməmiş istilərin ardınca gələcək nəticələr açıqlanıb
Hazırda dünyada misli görünməmiş istilər hökm sürür - iyul ayında bir çox ölkələrdə temperatur rekordları qırılıb və bu il tarixdə ən isti il ola bilər.

Sherg.azxəbər verir ki, bu barədə NASA-nın Goddard Kosmik Tədqiqatlar Mərkəzinin direktoru Gavin Shmidt jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu iyul, ehtimal ki, yüzlərlə, hətta minlərlə il ərzində Yer kürəsində ən isti ay olacaq.

Mərkəz rəhbərinin sözlərinə görə, uzun müddət davam edən istilik dalğası 2023-cü ilin rekord isti ili ​​olacağı ehtimalını artırır, lakin gələn il daha da isti ola bilər, çünki adətən qlobal temperaturun artmasına səbəb olan El Nino temperatur fenomeninin bu ilin sonunda pik həddə çatacağı gözlənilir.

Onun sözlərinə görə, 2014-cü ildən 2016-cı ilə qədər müşahidə edilən sonuncu El Nino ona gətirib çıxarıb ki, həmin illərdə dünya temperatur rekordları daim yenilənib və 2016-cı il Yer kürəsində ən isti il ​​olub.

Qeyd edək ki, aralıq dənizi regionunda "Serberus" antisiklonu son bir həftə ərzində temperaturun ümumi yüksəlməsinə səbəb olub. İyulun 18-də İspaniya, Fransa, İtaliya, Yunanıstan və Bosniyada temperatur 40 dərəcəni keçib.