Kamil Musavinin namizədliyi qeydə alındı

Qarabağ qazisi Kamil Musavinin deputatlığa namizədliyi qeydə alınıb.

Kamil Musavi 60 saylı Salyan-Neftçala dairəsindən deputatlığa namizəddir.

Qeyd edək ki, bu dairədən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da deputatlıq iddiasını ortaya qoyub.

Xatırladaq ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.