Rəsmi qurumların da açıqladığı kimi, fiziki məsafənin gözlənilməməsi, tibbi maskalardan istifadə olunmaması, növbələrin gözlənilməməsi, bütün bunlar son günlərdə ölkədə koronavirusun sürətli yayılmasının əsas səbəbidir. Son günlərdə yoluxma sayının artması yenidən bəzi qadağaların tətbiqi məsələsini gündəmə gətirdi və hökümət bu istiqamətdə müəyyən qərarlar qəbul etməyə məcbur oldu.
Karantin rejimində qanun hamı üçün qanundur - Politoloq
Şəymən Bayramova
12:07 14.06.2020
Aktual
818
Ölkəmizdə xüsus karantin rejimi yumşaldıqdan sonra təəssüf ki, bir çox vətəndaşlar Operativ Qərargahın tövsiyələrinə əməl etmədilər. Bu səbəbdən də, son vaxtlar infeksiyaya yoluxma halları artmağa başlayıb.
Rəsmi qurumların da açıqladığı kimi, fiziki məsafənin gözlənilməməsi, tibbi maskalardan istifadə olunmaması, növbələrin gözlənilməməsi, bütün bunlar son günlərdə ölkədə koronavirusun sürətli yayılmasının əsas səbəbidir. Son günlərdə yoluxma sayının artması yenidən bəzi qadağaların tətbiqi məsələsini gündəmə gətirdi və hökümət bu istiqamətdə müəyyən qərarlar qəbul etməyə məcbur oldu.
Koronavirusa yoluxan vətəndaşların sayının sürətlə artmasının xoşagəlməz hal olduğunu vurğulayan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib ki, ilin əvvəlindən dövlətimiz tərəfindən görülən profilaktik tədbirlər bu virusun geniş yayılmasının qarşısını xeyli aldı:
"Yəni Ümumdünya Səhiyyə Təşkilatından tutmuş bir sıra qurumlar hətta bu cür uğurlu fəaliyyət və virusla mübarizəyə görə Azərbaycana təşəkkür etdilər başqa dövlətlərə nümunə göstərdilər. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, bəzi insanların bu məsələyə laqeyd yanaşması koronovairusla uğurlu mübarizəni çətinləşdirdi. Bu səbəbdən də son günlər yoluxma ilə bağlı statistikada mənfi tendensiya müşahidə edilməyə başladı və bunun da məntiqi nəticəsi kimi sərt karantin rejiminə qısa günlərdə də olsa qayıtmaq gözlənilən idi".
Hər kəsin çağırışlara, tövsiyə və məsləhətlərə əməl etmək məsuliyyətini dərk etməsini vacib amil kimi vurğulayan T. İsmayılovun sözlərinə görə, qanun hamı üçün qanundur. Əgər kimsə sosial izolyasiya, karantin qaydalarına əməl etmirsə, təbii ki, cərimələnməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm