
"Kəlbəcərdə böyük quruculuq və abadlıq işləri sürətlə davam etdirilir"
Yusif Nəzərli
13:57 26.11.2022
Aktual
562
"30 min ildən çox tarixi olan qədim yaşayış məckənləri, 6 min il yaşı olan qaya təsvirləri, ərazisində qədim türk əlifbası nümunələri aşkar olunan Kəlbəcər tək Azərbaycanda deyil, bütün Qafqazda əsrarəngiz, unikal təbiətə malik olan bir rayondur. 1930-cu ildə Kəlbəcərə rayon statusu verilib". Bu sözləri "Şərq" ə açıqlamasında
Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.
Kəlbəcərin ərazi cəhətdən Azərbaycanın ən böyük rayonlarından olduğunu vurğulayan millət vəkili onun bir şəhər, bir qəsəbə və 145 kənddən ibarət olduğunu qeyd edib:

"2 aprel 1993-cü ildə Kəlbəcər rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal zamani 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. 27 illik işğal zamanı ermənilər Kəlbəcərin ərazisini viran qoyub, meşələrini qırıb məhv etmişlər. Beynəlxalq təşkilatların prinsiplərinə zidd olaraq 1999-cu ildə ermənilər Kəlbəcərin bəzi yerlərində qeyri qanuni məskunlaşma həyata keçirmişlər.
BMT TŞ nın 30 aprel 1993 -cü ildə 822 saylı Qətnaməsi qəbul edilib. Qətnamədə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən təcili və qeyri-şərtsiz çıxmaları tələb olunur. Lakin Ermənistan bu Qətnaməni də icra etməkdən imtina etmişdir. Beynəlxalq təşkilatlar bununla bağlı Ermənistana heç bir təzyiq göstərmədilər.
27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən Müharibəsində Azərbaycan Ordusu döyüşlərin ilk günlərində Kəlbəcərin şimal hissəsini işğaldan azad etdi. Strateji yüksəklikləri ələ keçirən Azərbaycan Silahlı Qüvvələri Basarkeçər - Kəlbəcər yolunu nəzarətə götürdü və bununla da Ermənistan Ordusunun bu istiqamətdəki silahlı qüvvələri iflic vəziyyətə salındı.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında olduğu kimi, siyasi masada da Ermənistanı üzərində tarixi qələbə qazandı. 2020-ci il 10 noyabr Bəyanatına əsasən noyabrın 25-də Kəlbəcər bir güllə atılmadan, şəhid verilmədən Prezident cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycana qaytarıldı.
Kəlbəcər rayonu tam olaraq işğaldan azad edildi. 2020-ci il noyabrın 26- da "Kəlbəcərin azad olunmasına görə" medalı təsis edildi. Prezident cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu " Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Artıq Kəlbəcərdə böyük quruculuq və abadlıq işləri sürətlə davam etdirir. Müasir tələblərə uyğun avtomobil yolları çəkilir, yeni tunellər inşa edilir.
Rayonun elektrik enerjisi ilə tam təmin olunması üçün böyük işlər görülür. Su elektrik stansiyalarının tikintisi davam etdirilir, Kəlbəcər yarım stansiyası da artıq istifadəyə verilmişdir. Kəlbəcər rayonunda Baş Plana uyğun olaraq məktəblər, xəstəxanalar, yaşayış binaları inşa ediləcək. İşğaldan azad edildikdən sonra Prezident cənab İlham Əliyev iki dəfə Kəlbəcərə səfər edib.
Səfərlər zamanı ölkə başçımız Kəlbəcərdə Azərbaycan bayrağını ucaltmış, bir çox infrastruktur obyektlərin açılışında, o cümlədən, məşhur "İstisu" sanatoriyasının təməlqoyma mərasimində iştirak etmişdir. Yaxın illərdə Kəlbəcər dünyanın ən məhşur sanatoriya və kurort mərkəzinə çevriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alyaska sahillərində güclü zəlzələ baş verib
15:25 25.04.2026
Hadisə
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
15:11 25.04.2026
Futbol
Müğənni Elçin Cəfərov artıq dəvətlərə qatılmayacaq
14:58 25.04.2026
Şou
Xankəndidə üç marşrut xətti istifadəyə verilib
14:27 25.04.2026
Qarabağ
"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır" - Vüqar Əbdülov
13:51 25.04.2026
Şou
Meloni İspaniyanın NATO-dan çıxması ehtimalına münasibət bildirdi
13:41 25.04.2026
Dünya
Sabah Azərbaycanda 24 dərəcəyədək isti olacaq
13:32 25.04.2026
Ekologiya
Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?
13:14 25.04.2026
Futbol
Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb
12:55 25.04.2026
Dünya
"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi" - Nərgiz
12:39 25.04.2026
Şou
Bığları ilə gündəm oldu - “Yaraşdığı üçün uzatdım”
12:23 25.04.2026
Cəmiyyət
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
12:17 25.04.2026
Ekologiya
ABŞ-İran görüşü baş tutacaqmı? - Ən böyük maneə açıqlandı
11:30 25.04.2026
Gündəm