Kiyevlə Donbas anlaşa bilmədi

Kiyevlə Donbas hələ ki əsirlərin dəyişdirilməsi barədə razılığa gələ bilmir. Ukrayna tərəfi liderlərin Parisdəki “Normand formatı” sammitinin yekun sənədində qeyd olunan müzakirə prosesini bilərəkdən uzadır.

Axar.az xəbər verir ki, qondarma qurumun insan haqları üzrə səlahiyyətlisi Darya Morozova söyləyib.

O, Kiyev rəsmilərinin əsirlərin dəyişdirilməsi prosesini bir neçə mərhələyə bölmək istədiklərini qeyd edib.

“Daha konstruktiv nəticə üçün danışıqların ikinci raundunu gözləyirik”, - deyə Morozova deyib.

Xatırladaq ki, Kiyevlə Donbas arasında əsirlərin dəyişdirilməsi sonuncu dəfə 2017-ci ilin dekabrında baş tutub.