Konstitusiya: Azərbaycanın müstəqilliyinin şah əsəri
14:19 12.11.2024
Aktual
537
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür.
"Sherg.az" xəbər verir ki, ölkə Konstitusiyası 29 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.
Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa “Sherg.az”a bildirib ki, Konstitusiya günü bizim üçün əslində ən böyük atributlarımızın birinin qeyd olunduğu gündür:
“Bir dövlətin görünən simvolu bayraq və gerbdirsə, mənəvi mühitini formalaşdıran və insanların yaşamını şərtləndirən əsas sənəd konstitusiyadır. Bu sənədin də müstəqil dövlətin konstitusiyası olması bizim üçün özəl əhəmiyyət ortaya qoyur. 9 noyabr Bayraq Günü, 12 noyabr Konstitusiya günü əslində Zəfər günündən sonra ən böyük dəyərlərimizin xatırlanmasıdır. Konstitusiyanın bir dəyər olaraq görünməsi üçün insanlar həm onu dərindən öyrənməli, həm də onun verdiyi hüquq və vəzifələrə əməl etməlidirlər. Hansı ölkədə Konstitusiyaya hörmət göstərən vətəndaş çox olursa, orada problemlər də az olur. Ona görə də konstitusiya bizim üçün əlahiddə dəyərdir. Bizim həyatımızı, yaşamımızı tənzimləyən qanundur. Azərbaycan Konstitusiyası Azərbaycanın xalqının ən ciddi şah əsərlərindən biridir. 1995-ci ildə qəbul edilən Azərbaycanın Müstəqillik dövrünün ilk konstitusiyasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya