Konstitusiya Məhkəməsi hərbçilərlə bağlı mühüm qərar qəbul edəcək
19:17 14.01.2020
Aktual
704
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 5-nə təyin edilmiş iclasında baxılacaq.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" AR Qanununun 1.0.5.-ci maddəsində hərbçilərin pul təminatından söhbət gedir.
Maddədə deyilir: "təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya