Koronavirusdan sağalan bir nəfərin donorluğu ən azı iki xəstənin həyatını xilas edə bilər
11:28 19.07.2020
Aktual
691
Koronavirus infeksiyası ilə üzləşənlərin heç də hamısında immunitet formalaşmır. Virusa yoluxan xəstələrin təxminən 30 faizinin qanında immunoqlobulin G-nin aşkarlanması üçün aparılan test müsbət olmur. Lakin bu, o demək deyil ki, xəstənin immun sistemi virusa cavab vermir. İmmun sistemi iki cür ola bilər. Belə virus infeksiyalarında hüceyrəli immunitet də rol oynayır.
Bu, daha mürəkkəb müayinələr nəticəsində təsdiq olunur. Bunun ən asan yolu serumla xəstənin qanında immunoqlobulin G-nin yoxlanılmasıdır. Bir çox ölkələrdə immun plazma verənlər onun bir hissəsini özləri üçün saxlatdırırlar. Donorların verdiyi plazma bir neçə xəstənin müalicəsi üçün tətbiq edilə bilər. Həmin plazmadan vəziyyəti orta-ağır, o cümlədən daha yüngül mərhələdə olan xəstələrin müalicəsi üçün istifadə etmək mümkündür.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.
Onun verdiyi məlumata görə, immun plazmanın alınması proseduru müasir aferez cihazları vasitəsilə aparılır: “Həmin cihazların köməyi ilə birdəfəlik steril setlər bir damardan alınan qanı cihazın içərisində sirkulyasiya etdirərək digər damardan geri qaytarır. 40-45 dəqiqə ərzində davam edən prosedur nəticəsində əldə edilən plazma ayrıca torbalara toplanılır. Prosedur heç bir kontakt olmadan həyata keçirilir, plazma verən üçün heç bir risk və təhlükə yoxdur. Plazma verən şəxs əvvəlcədən beynəlxalq standartlara uyğun şəkildə müayinə edilir, onda immunoqlobulin G testi müsbətdirsə, təkrar alınan PSR testi neqativ çıxarsa, bu, onun donor rolu oynaya biləcəyini təsdiq edir və ondan plazma almaq olar. Alınan plazma 600 millilitr olduqda üç, 400 millilitr olduqda iki hissəyə bölünür və bir neçə saat ərzində ehtiyacı olan ağır xəstələrə çatdırılır, iki-dörd saat ərzində venadaxili infuziya olunur. Zəruri ehtiyacı olan xəstə yoxdursa, plazma dondurulur və saxlanılır”.
İcraçı direktor onu da bildirib ki, donor bir neçə dəfə plazma verə bilər və həmin proses beynəlxalq standart və normalara uyğun aparılır: “Bir ay ərzində 7-10 günlük intervalla üç dəfə plazma vermək olar və həmin müddətdə donorda yeni bir xəstəlik aşkarlanmadıqda və o, özünü tam sağlam hiss etdikdə yenidən plazma verə bilər. COVID-19-a yoluxanların xeyli hissəsinin qan və qan məhsullarına ehtiyacı artır. Donorların bu xeyirxah və humanist addımı koronavirus infeksiyasına yoluxan ən azı iki xəstənin sağalmasına yardım edə, həmçinin xəstələrin intubasiya olunması və ağırlaşmasının qarşısını ala bilər. Plazma verilməsi donorun həyatı üçün heç bir təhlükə yaratmır və onlar 40 dəqiqə, uzağı 1 saat ərzində normal fəaliyyətə qayıdırlar. Çoxlu maye qəbulu ilə itirilən plazmanı geri qaytarmaq mümkündür. Həmin donorların təkrar müayinəsi göstərir ki, onların verdikləri plazma orqanizmdə yeni immun sisteminin formalaşmasına təkan verir. Ümid etmək olar ki, koronavirusdan sağalanlar könüllü olaraq plazma verəcək və digər xəstələrin sağalmasında pay sahibi olacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya