"Koronovirusla bağlı ən pessimist ssenariyə belə hazır olmalıyıq"
Turan
12:32 12.07.2020
Aktual
702
"Koronavirusdan sığortalanan ölkə yoxdur. Bu gün nümunəvi səhiyyə sisteminə malik qabaqcıl ölkələrdə belə yoluxma sayı 60-70 min, ölüm sayı isə on minlərlə ölçülür".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Deputat bildirib ki, dövlətimiz pandemiyanın ortaya çıxdığı ilk gündən onunla mübarizə aparmaq məqsədilə zəruri addım atıb:
"Koronovirusla bağlı ən pessimist ssenariyə belə hazır olmalıyıq. Məhz görülən tədbirlər bunun üçündür. Artıq 800 çarpayılıq xəstəxana istifadəyə verilib və yaxın zamanda 1300 çarpayılıq yeni modul tipli xəstəxana da istifadəyə veriləcək. Ümumilikdə isə hazırda ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə və biri Abşeronda olmaqla beş modul tipli beş xəstəxana fəaliyyətdədir. Daha beş modul tipli xəstəxanın isə inşası təmin ediləcək. Bununla yanaşı, ölkəmizin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar. Qeyd edilməlidir ki, bu xəstəxanaların 36-sı məhz cənab Prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib".
Parlament üzvü qeyd edib ki, dövlət üzərinə düşən öhdəliklərin lazımi qaydada icrasını, o cümlədən ölkə daxilində və beynəlxalq səviyyədə səylərini davam etdirir:
"Hüquq-mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər. Lakin bütün bunlarla yanaşı vətəndaşlarımız da sosial məsuliyyət göstərməlidir. Pandemiya dövründə xüsusi qaydalara qeyd-şərtsiz riayət olunmalıdır. Vətəndaşlarımız nizam-intizama tam məsuliyyətlə riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq. Ölkəmiz bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığını da uğurla davam etdirir. Təşkilatın direktoru iyulun 9-da bu əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə iştirak edib. Qarşılıqlı əməkdaşlıq və məsləhətləşmələr bundan sonra da davam etdiriləcək. Təbii ki, mövcud şəraitdə ön planda insanların sağlamlığı durur. Ancaq pandemiya şəraitinə baxmayaraq, dövlətimiz sosial və iqtisadi tədbirlərin icrasında da fəallıq göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya