Londonda bıçaqlı hücum - Yaralılar var

Böyük Britaniyanın paytaxtı Londonda naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Polis hücum edən şəxsi saxlayıb. Hazırda hücumun motivləri araşdırılır.

Ərazi polis tərəfindən nəzarətə götürülüb.