Lukaşenko: "Parlament seçkisi məşqdir: çətin il olacaq"

Ölkə qarşısında çağırışlar çoxdur, heç kim rahatlamasın.

Axar. az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko məmurlara müraciətində deyib.

“Qətiyyən rahatlamamalıyıq. Ölkədə keçirilən parlament seçkisi məşq idi. Əsas hərəkət bizi qarşıda gözləyir. Bu, çox çətin il olacaq. Əgər biz onu layiqinlə keçsək, demək ki, nəyəsə qadirik”, – deyə o bildirib.