Məhkəmə Sərkisyanın xaç oğlu ilə bağlı qərar verdi

İrəvanın tələbi əsasında saxlanılan Ermənistan parlamentinin keçmiş deputatı Levon Sərkisyan haqqında Rusiya məhkəməsi tərəfindən 40 gün müddətinə həbs-qətimkan tədbiri seçib.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş Prokurorluğunun rəsmi nümayəndəsi Qor Abramyan deyib.

O, hazırda ekstradisiya ilə bağlı iş aparıldığını bildirb.

Qeyd edək ki, Levon Sərkisyan cümə günü polis tərəfindən saxlanılmışdı. O, mütəşəkkil cinayətkar dəstə yaratmaqda, Ermənistan Gömrük Xidmətinin keçmiş rəhbəri Armen Avetisyanın iqamətgahına 11 il əvvəl baş verən hücumun təşkilatçısı olmaqda ittiham edilərək, İrəvan tərəfindən axtarışa verilmişdi.

Levon Sərkisyan Respublikaçılar Partiyasından deputat seçilib. O, eks-prezident Serj Sərkisyanın xaç oğludur.