Məkrli planlara cavab verildi
Yusif Nəzərli
05:18 06.12.2022
Aktual
446
Azərbaycanla İran sərhədində Türk ordusunun ayaq səsləri eşidilir
Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Təlimlərə Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələri cəlb olunub. Birgə təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
Ssenariyə uyğun olaraq hərbiçilər müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər. Müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra olunur. Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinə, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib. Ekspertlər vurğulayıb ki, təlimlər hər nə qədər Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilsə də, aydın məsələdir ki, kənar güclərə gözdağı vermək mahiyyəti daşıyır.
Təlimlərin keçirildiyi ərazilər də diqqət çəkir. Astara, Cəbrayıl və İmişli rayonları İranla sərhəd ərazilərdir.
Rəsmi Bakı Türkiyə ilə birlikdə bu ərazilərdə təlimlər keçirməklə İranın (SEPAH) quru qoşunlarının Azərbaycanla sərhəddə, Araz çayı boyunca keçirdiyi “Qüdrətli İran” adlandırdığı təlimlərə bir daha cavab vermiş oldu. Prinsip etibarilə rəsmi Bakı bir müddət öncə yenə cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimə başlaması ilə İrana layiqli cavab vermişdi. Həmin təlimləri Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi general-mayor Bəxtiyar Ersay izləmişdi. Bakı dolayı yolla Türkiyə faktorunun regionda varlığını Tehrana bir daha xatırlatmışdı. Lakin bu dəfə Türkiyə ilə birlikdə ortaq təlimlərin keçirilməsi İrana daha ciddi xəbərdarlıqdır. Hər halda Azərbaycan-Türkiyə birgə təlimi göstərdi ki, Tehran və Bakı arasında gərginlik hələ səngiməyib.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycanla Türkiyə arasında 2022-ci il üçün nəzərdə tutulmuş sonuncu birgə hərbi təlimlər keçirilir. Polkovnikin fikrincə, ortaq təlimlərdə nəzərəçarpan müəyyən detallar Azərbaycana dil uzadan ölkələrə, konkret İrana, Rusiyaya, Ermənistana mesajdır:
"Birgə təlimlərin böyük siyasi əhəmiyyəti var. Türkiyə ilə təlimlər keçirərək diqqətə çatdırırıq ki, iki qardaş ölkənin birgə ordusu istənilən şəraitdə düşmənin cavabını verməyə tam hazırdır. Bölgəmizdə baş qaldıran bəzi qüvvələr birmənalı dərk etməlidirlər ki, Azərbaycan bütün məsələlərdə qardaş Türkiyə ilə birlikdədir. Ortaq təlimlər əvvəllər Bakı və paytaxt ətrafında keçirilirdi, indi isə İranla sərhəd rayonlarda keçirilir. Çox güman, yaxın günlərdə bəzi qonşularımız öz qorxularını, narahatlıqlarını ifadə edəcəklər. Amma kimin nə deməsindən asılı olmayaraq, biz işimizi görürük. Öz daxili məsələmizdir, heç kim qarışa bilməz. Nəzərə çatdırım ki, 2023-cü ildə Azərbaycan və Türkiyənin birgə təlimlərinə digər türk respublikaları da qatılacaq. Özbəkistan, Qırğızıstan təklifə müsbət cavablar veriblər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət