Məmmədyarov Jelena Zonko ilə görüşdü
17:55 18.02.2020
Aktual
325
Fevralın 18-də Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister və Azərbaycan üzrə daimi məruzəçi, Avropa Xalq Partiyasının Xorvatiyadan olan deputatı xanım Jelena Zovko ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə tərəflər Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri, o cümlədən ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil edəcək yeni Saziş üzrə davam etdirilən danışıqlar barədə fikir mübadiləsi aparıblar. Bu xüsusda ticarət sahəsində danışıqların cari vəziyyəti və Aİ-nin ticarət üzrə komissarı ilə keçirilmiş görüşə toxunulub.
Azərbaycan ilə Avropa arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri, habelə Cənub Qaz Dəhlizi layihəsi, onun gələcəkdə yeni layihələrlə genişləndirilməsi perspektivləri və enerji təhlükəsizliyi mövzularında müzakirələr aparılıb.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti, o cümlədən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən açıq müzakirələr haqqında qarşı tərəfə məlumat verib. Münaqişənin beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa Parlamentinin müvafiq qətnamələrinin tələblərinə uyğun həllinin, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasının vacibliyini vurğulayıb.
Tərəflər, həmçinin Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərindən danışıblar. Nazir bu seçkilərin ölkəmizdə aparılan siyasi və struktur islahatları kontekstində nəzərdən keçirilməli olduğunu bildirib, seçkilərin xalqın iradəsini ifadə etdidiyini vurğulayıb. Qarşı tərəfin diqqətinə çatdırılıb ki, seçkilərlə bağlı qeydə alınmış hər bir şikayət ciddi şəkildə araşdırılır və hazırda 4 seçki dairəsində nəticələr ləğv olunub.
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol