“Məsələ Qarabağ deyil, Ermənistan üçün ölüm-qalım savaşı başlayır” -Voskanyan

“Ermənistanın varlığı uğrunda ölüm-qalım savaşı başlayır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni iranşünas, radikal milliyyətçi Vardan Voskanyan deyib.

“Xankəndidə Azərbaycan bayrağı asılsa da, bizim problemimiz hələ bitməyib. Çünki Ermənistan üçün əsas məsələnin Qarabağ olmadığını qeyd etmək lazımdır. Ermənistanın mövcudluğu uğrunda ölüm-qalım savaşı hələ qarşıdadır. Bunun üçün ilk növbədə problemi dərk etməliyik. Bizim üçün çıxış yolu qala dövlət qurmaqdır”, – Voskanyan bildirib.