MİDA: Müdaxilələr nəticəsində seçim şərtləri pozulub

“30 mart 2022-ci il tarixində Yasamal Yaşayış Kompleksində yerləşən 442 mənzilin seçim prosesi baş tutandan sonra müəyyən şübhəli hallar müəyyən edilib”.
APA xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkil etdiyi mətbuat konfransında MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı deyib.
O bildirib ki, MİDA buna görə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib. Qeyd olunub ki, müdaxilələr nəticəsində bərabər seçim şərtləri pozulub və buna görə də satış prosesinin bütün nəticələri ləğv edilib.