Millət vəkili: "Ortaya çıxan nəticə budur ki, qanun təkcə kasıb və sadə insanlar üçün nəzərdə tutulmayıb"
Şəymən Bayramova
10:57 23.08.2020
Aktual
886
Azərbaycan dünyada COVİD-19 pandemiyas ılə ən uğurlu mübaizə aparan ölkələrdəndir. Təsadüfi deyildir ki, bu sahədə ölkəmizin təcrübəsi dünyada nümunə kimi göstərilir.
Pandemiya ilə mübarizənin ilk günlərindən Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün lazımi qabaqlayıcı kompleks tədbirlərin görüldu, ölkənin bütün resusları insanların sağlamlığının qorunmasına səfərbər edildi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin rejimi, pandemiya şəraitində xüsusi davranış qaydalarını müəyyən edən tələblər və qaydalar müəyyən edildi. Bunların nəticəsidir ki, bu gün ölkədə vəziyyət nəzarət altındadır.
Bu barədə Sherg.az-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Yarım il ərzində karantin rejimi situasiyaya uyğun bəzən yumşaldıldı, bəzən də sərtləşdirildi. Buna uyğun olaraq, qanunvericiliyə müvafiq dəyişikliklər edilmişdir. Cənab Prezident başda olmaqla ölkənin tanınmış ictimai-siyasi xadimləri, hökumət üzvləri, vəzifəli şəxslər qəbul olunmuş qayda və qanunlara ciddi riayət etməyə, karantin rejiminin tələblərinə əməl etməyə çağırmışlar. Prezident Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə vətəndaşlara müraciət edərək, onları ehtiyatlı olmağa, qadağaları nəzərə almağa, karantin qaydalarına əməl etməyə çağırdılar. Özləri qapalı məkanlarda maska taxdılar, bütün tədbirlərdə sosial məsafəni saxladılar. Bir sözlə, bütün vətəndaşlara nümunə oldular. Necə deyərlər, ən gözəl tərbiyə şəxsi nümunədir.
Təəssüf ki, karantin rejimində yumuşaldılmalar bir qrup insanlarda arxayınlıq hissi yaratmış və onlar məsuliyyətsizlik göstərərək toy şənlikləri təşkil etmişlər. Bu sırada bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə və qınağına məruz qalıb. Əgər kimsə bu qaydaları pozursa, kimliyindən asılı olmayaraq, qanun qarşısında cavab verməlidir, hər kəs qanun qarşısında bərabərdir. Əgər şəhər və rayonlarda karantin dövründə toy, məclislər təşkil etmək istəyən sadə insanlar cərimələnirlərsə, eynilə də bu sərt addım qanunu pozan məmurlara, özlərini qanundan yüksək tutanlara şamil olunmalıdır. Ədalətlilik özünün ən sərt üzü ilə indiki zamanda görünməlidir. Ortaya çıxan nəticə budur ki, qanun təkcə kasıb və sadə insanlar üçün nəzərdə tutulmayıb. Karantin qaydaları hərkəs üçündür! Hüquq-mühafizə orqanları karantin qaydasını pozur deyə bir vətəndaşı cərimələyib, digərini cərimələməyə bilməz! Əks halda xalqın dövlət hakimiyyətinə olan inamını sarsılar. Bu gün isə karantin qaydalarını pozan bəzi tanınmış şəxslər cərimələnirsə, hətda inzibati qaydada həbs edilirsə bu hərkəs üçün ciddi dərs olmalıdır! Toy qadağası davam edir və bu hərkəs üçün belədir!
Millət vəkilinin sözlərinə görə, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. hər bir vətəndaş kimi, ictimai-siyasi xadimlər, hökumət üzvləri, xüsusilə deputatlar karantin rejiminə nəinki riaəyət etməli, həm də şəxsi nümunə olmaqdır. Başa düşülməlidir ki, xalq və qanun ölkə rəhbərinin tərəfindədir. Dövlətimizin əmin-amanlığı, xalqımızın firavan yaşamı qarşısında Ulu öndərimizin siyasi kursu və cənab Prezidentin qətiyyətli siyasi iradəsi durur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya