Mina terroru ən təhlükəli məsələ olaraq qalmaqdadır
Yusif Nəzərli
23:43 17.03.2023
Aktual
599
Bu, uzun illər Azərbaycan xalqı üçün problemə çevriləcək
“Ərazilərin minalardan tam təmizlənməsi üçün uzun zaman və milyardlarla manat vəsait lazımdır”
44 günlük Vətən müharibəsindən iki ildən çox vaxt ötsə də, Ermənistan yenə də ölkəmizə qarşı mina terrorunu davam etdirir. Ötən gün Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində iki mülki şəxsin minaya düşərək həlak olması Ermənistanın mina terrorunun miqyasını və doğurduğu təhlükəni bir daha göstərdi. Müharibədən sonra ümumilikdə 300 nəfərə yaxın şəxs mina terrorunun qurbanı olub. Bu faktın özü Ermənistanın mina terrorunu getdikcə genişləndirdiyini, terrorun fəsadlarının yaxın gələcəkdə də daha da arta biləcəyini göstərir. Qeyd edək ki, Ermənistan ölkəmizə qarşı əsasən özündə istehsal edilən minalardan istifadə edir. Müvafiq dövlət qurumlarının apardıqları araşdırma nəticəsində məlum olub ki, aşkarlanan minaların bir çoxu 2021-2022-ci illərdə Ermənistanda istehsal edilib. Bu isə o deməkdir ki, həmin minalar müharibədən sonra basdırılıb. Bu fakt göstərir ki, rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil və sadəcə imitasiya ilə məşğuldur. İrəvan terror və təxribatlar vasitəsilə Azərbaycanı zəiflətməyə, postmüharibə dövrünün reallıqlarını dəyişməyə çalışır. Məlumat üçün bildirək ki, Azərbaycan bugünədək beynəlxalq ictimaiyyətə Ermənistanın mina terroru ilə bağlı çoxsaylı faktlar, foto-videomateriallar təqdim edib. Bu faktların hər biri Ermənistanın beynəlxalq qanunlar əsasında məsuliyyətə cəlb edilməsi üçün kifayətdir. Ancaq təəssüf ki, beynəlxalq birlik bu məsələdə hələ ki, susur və bu susqunluq anlaşılan deyil. Dünya birliyi, beynəlxalq təşkilatlar ermənilərin mina terrorunu dayandırmaq üçün Ermənistanı məsuliyyətə cəlb etməli, ona qarşı konkret təzyiq mexanizmini işə salmalıdır. Ermənistanı mina terrorundan yalnız beynəlxalq birliyin gücü və təzyiqi ilə çəkindirmək mümkündür.
Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov "Şərq"ə açıqlamasında bildirib ki, mina terroru ən aktual və təhlükəli məsələ olaraq qalmaqdadır. Hüquq müdafiəçisi deyib ki, 2020-ci ilin noyabrından, yəni savaş bitəndən bu yana üç yüzə yaxın insan mina partlayışından zərər görüb, 50-yə yaxın insan həlak olub: "Müharibə bitsə də, Ermənistan hərbi cinayətini davam etdirir. Ərazilərimizin böyük hissəsi işğal dövründə minalarla doldurulsa da, üçtərəfli saziş imzalanandan sonra da erməni tərəfi torpaqlarımızda yenidən minalar basdırıb. 2021-ci il Ermənistanda istehsal olunan minaların aşkarlanması bunu isbat edir. Ermənilərin müxtəlif diversiya qrupları işğaldan azad edilmiş ərazilərimizə sızaraq minalar basdırıblar. Düşmənin əksər cəhdinin qarşısı alınsa da, müəyyən vaxtlarda öz təxribatlarını reallaşdırmaq imkanı əldə ediblər. Mina terroru ermənilərin ən çox ifşa olunması lazım olan məsələdir. Bunu bütün imkanlarımızı səfərbər edərək beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Hüquqi müstəvidə Ermənistanın cəzalandırılmasına, ifşa olunmasına və böyük miqdarda təzminat ödəməsinə nail olmalıyıq. Çünki bu məsələ uzun illər Azərbaycan xalqı üçün problemə çevriləcək. Ərazilərin minalardan tam təmizlənməsi üçün uzun zaman və milyardlarla manat vəsait lazımdır. Dövlətimiz bütün imkanlarını səbərbər edib. Biz də vətəndaş cəmiyyəti olaraq əlimizdən gələni etməliyik".
Ə.Şahidov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə jurnalistlərin təhlükəsiz fəaliyyət göstərməsi də hələ mümkün deyil: "Ərazilər minalardan tam təmizlənməyib. Ötən müddət ərzində öz peşə fəaliyyətini yerinə yetirərkən ermənilərin basdırdığı minalara düşərək həyatını itirən azərbaycanlı jurnalistlər var. Onlar barədə beynəlxalq təşkilatlar öz hesabatlarında məlumat verməli və Ermənistanın müharibə cinayətləri cəzasız qalmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Abşeron yarımadasında dolu yağacaq
20:25 31.08.2026
Cəmiyyət
“Səssiz qatil” üzdə belə görünür
20:10 31.08.2026
Sağlamlıq
Putin Ukrayna münaqişəsinin başa çatması ilə bağlı danışdı
19:57 31.08.2026
Gündəm
İran uğursuz dövlətdir, ölüb! - Tramp
19:43 31.08.2026
Dünya
Beyninizin sağlam olub-olmadığını necə anlaya bilərsiniz?
19:39 31.08.2026
Sağlamlıq
Messi milli komandadakı karyerasını başa vurub
19:36 31.08.2026
Futbol
Prezident İlham Əliyev Pezeşkiana: Azərbaycan suyundan iç - VİDEO
19:29 31.08.2026
Gündəm
Konqoda Ebolaya yoluxma hallarının sayı 6 mini ötüb
19:23 31.08.2026
Sağlamlıq
Fidan Məkkə İttifaqından danışdı: Qapılar açıqdır...
19:06 31.08.2026
Gündəm
Ali Məhkəmədə Çinin Baş prokuroru ilə görüş keçirilib
18:42 31.08.2026
Siyasət
Dünyada Atatürkün izləri: Adını daşıyan şəhərlər və abidələr
18:21 31.08.2026
Maraqlı
Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
18:09 31.08.2026
Mədəniyyət
Sumqayıt sakini bıçaqlanıb, 71 yaşlı atası saxlanılıb
18:09 31.08.2026
Hadisə
Ukraynada polis şöbəsində partlayış olub, ölən və yaralananlar var
18:03 31.08.2026
Dünya