Mina xəritələrinin alınması məskunlaşmanı sürətləndirəcək - Vüsal Qasımlı
08:48 04.07.2021
Aktual
431
Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim edib.
Trend-in məlumatına görə, məsələnin iqtisadi-sosial əhəmiyyətini qeyd edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib ki, bu diplomatik uğur Qarabağda iqtisadi quruculuq və məskunlaşma üçün əhəmiyyətlidir: "Bu yolla minalardan təmizlənməyə gedəcək vaxta qənaət edirik, itkiləri minimuma endiririk və inam yaratmaqla investorların təşviqini sürətləndiririk".
V.Qasımlı deyib ki, mina xəritələrini Azərbaycana təqdim etməklə Ermənistan ərazilərin minalanmasına çəkilən yüz milyonlarla xərcin səmərəsiz olduğunu bir daha başa düşdü: "Eyni zamanda, beynəlxalq metodologiyalar əsasında hesablamalar göstərir ki, minalardan təmizlənməyə sərf olunan resurslar, minalanma üçün xərcləri dəfələrlə üstələyir. Məsələn, Bosniyada 1996-2000-ci illər aralığında hər kvadrat metr ərazinin təmizlənməsi xərci 3 manat dəyərində, 1997-ci ildə Xorvatiyada 5,1 manat dəyərində olmuşdur. Başqa hesablamalar da var. Beləliklə, mina xəritələrini diplomatik vasitə ilə almaqla Azərbaycan bu istiqamətdə çəkəcəyi xərcləri və verə biləcəyi insan və digər itkiləri aradan götürmüş olur."
V.Qasımlının sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iki ən böyük yaşayış məntəqəsi Ağdam və Füzuli, eləcə də Zəngilanın mina xəritələrinin əldə edilməsi, bu bölgələrdə iqtisadi quruculuq və məskunlaşma prosesini sürətləndirir.
V.Qasımlı bildirib ki, mina xəritələrini əldə etməklə, Azərbaycan həm də Qarabağda nəqliyyat-logistika layihələrini də daha sürətlə reallaşdırmaq imkanı qazanır: "Ağdam, Füzuli və Zəngilan hər bir biri nəqliyyat coğrafiyasında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın növbəti diplomatik nailiyyəti bölgədə davamlı inkişaf, sülh və etimadın yaranması üçün vacibdir."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm