Minsk qrupu, yoxsa “siyasi meyit”? – Reanimasiyası mümkün deyil!
Yusif Nəzərli
10:19 01.07.2022
Aktual
1074
Anar Əsədli:“Əgər iddialarına davam edərlərsə, şübhəsiz, Azərbaycan Minsk Qrupundan çıxması ilə bağlı suveren haqqını gündəmə gətirə bilər”
“Süni şəkildə münaqişənin mövcudluğu görüntüsünü yaratmaq, bunun üzərində abstrakt danışıqlar aparmaq nəticə etibarı ilə erməni revanşizminə dəstək verməkdən başqa bir şey deyil”
“Bu da Azərbaycanın müstəqil dövlət olaraq milli və strateji maraqlarına dair qırmızı çizgilərinə ziddir"
44 günlük Vətən müharibəsindən sonra Ermənistan kənarda qalmış ATƏT-in Minsk qrupunun vasitəçiliyində israrlıdır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ münaqişənin dinc yolla nizamlanmasında ATƏT-in Minsk qrupu heç bir rol oynaya bilməyib. Bu gün ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ehtiyac yoxdur. Çünki Azərbaycan torpaqlarını düşməın tapdağından öz gücünə azad edib. Bu mənada “siyasi meyit”ə çevrilmiş Minsk qrupunun reanimasiyasına cəhd yalnız Ermənistanın istəyidir. İyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında sözügedən məsələyə toxunub.
Ölkə başçısı diqqətə çatdırıb ki, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib:
"Biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq. Lakin təəssüflər olsun, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və açıq-aydın şəkildə bildiririk. ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli söyləyib ki, Minsk Qrupunun "xortladılmasında" məqsəd hibrid təzyiq elementi kimi bölgədə daim gərginlik ocağını saxlamaqdan ibarətdir:
"Həmsədrlər 30 il ərzində heç bir irəliləyişə nail olmayıb. Bölgəyə az qalsın turistik səfərlər etməkdən başqa iş görə bilməyiblər. Azərbaycan nəhayət, 2020-ci ilin payızında özü müzəffər ordusu ilə Qarabağı işğaldan azad etdi. Münaqişə həllini tapdı. Azərbaycan BMT-nin 4 məlum qətnaməsini də təkbaşına icra edib.
Dövlət rəhbəri postmüharibə dövründə dəfələrlə münaqişənin bitdiyini açıqlayıb. “Dağlıq Qarabağ” adlı ərazi vahidi, belə bir termin də yoxdur. Bundan sonra söhbət ancaq sülh müqaviləsindən, kommunikasiyaların açılmasından, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki separatçıların, revanişst düşüncəli ermənilərin tam neytrallaşdırılmasından gedə bilər".
A.Əsədlinin fikirlərinə görə, Minsk Qrupu yenə də öz ampluasından çıxmaq istəmir, absurd şəkildə “danışıqlar prosesinin bərpasından” danışır:
"Azərbaycanın təkbaşına Cənubi Qafqaz regionunda yaratdığı yeni geosiyasi reallıqlar bölgədə xüsusi marağı olan güc mərkəzlərini də məmnun etmir. Bölgədə Ermənistanın və ermənilərin məğlub obrazının yaranmasını qəbullanmırlar. Minsk Qrupu ötən dövr ərzində neytrallığını heç cür qoruya bilmədi və ona qarşı etimad tamamilə sıfıra enib.
Belə bir şəraitdə Minsk Qrupunun mövcudluğu bölgəmiz üçün yalnız problemlər yarada, sülhə, barışa, birgəyaşayış niyyətlərinə yönəlik fəaliyyətə mane ola bilər. Dövlət başçısının kəskin mövqeyi tamamilə yerində verilmiş qiymətdir".
Partiya sədri sonda vurğulayıb ki, Azərbaycan üçün müharibə bitib və dövlətimiz, cəmiyyətimiz problemi yenidən yaratmağa nə Minsk Qrupuna, nə də başqa geosiyasi güc mərkəzlərinə imkan verəcək:
"Əgər iddialarına davam edərlərsə, şübhəsiz, Azərbaycan Minsk Qrupundan çıxması ilə bağlı suveren haqqını gündəmə gətirə bilər. Hələ 1992-ci ildə məhz Azərbaycanın xoşniyyətli siyasi təşəbbüsü və dəvəti ilə ATƏT-in Minsk Qrupu vasitəçilik missiyasını öz üzərinə götürmüşdü.
Süni şəkildə münaqişənin mövcudluğu görüntüsünü yaratmaq, bunun üzərində abstrakt danışıqlar aparmaq nəticə etibarı ilə erməni revanşizminə dəstək verməkdən başqa bir şey deyil. Bu da Azərbaycanın müstəqil dövlət olaraq milli və strateji maraqlarına dair qırmızı çizgilərinə ziddir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya