Moskva OPEK+ təşkilatından çıxmaq istəyir

Moskva OPEK+ qurumundan çıxmaq barədə düşünür.

Axar.az xəbər verir ki, bunu Rossiya-24-ə müsahibəsində Rusiya Energetika naziri Aleksandr Novak deyib. O, bu məsələyə tezliklə baxılacağını bildirib.

Novak OPEK+ qurumunun effektiv olduğunu, amma əbədi olmadığını söyləyib.

Nazir qeyd edib ki, Rusiya razılaşmadan bazardakı payını qorumaq və rus şirkətlərinin perspektivli layihələrinin gerçəkləşdirilməsi üçün çıxmağı düşünür.