Müdafiə naziri cənub bölgəsində yerləşən hissə və birləşmələri yoxlayıb - FOTO - VIDEO
Yusif Nəzərli
11:54 03.11.2022
Aktual
396
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti respublikamızın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb.
Müdafiə Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, noyabrın 3-də müdafiə naziri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin qeyd olunan ərazilərdə keçirilən təlimini izləyib.
Məruzə olunub ki, xüsusi təyinatlıların döyüş hazırlığının yoxlanması və daha da yüksəldilməsi məqsədilə keçirilən təlimdə hərbi qulluqçular qarşıya qoyulan bütün tapşırıqları peşəkarlıqla yerinə yetirir. Hərbi Hava Qüvvələrinin, eləcə də Raket və Artilleriya bölmələrinin dəstəyi ilə icra olunan xüsusi əməliyyatlarda qoşun növləri arasında qarşılıqlı əlaqə yüksək səviyyədə təşkil edilir.
Sonra təlimin növbəti mərhələsinə uyğun olaraq tapşırıqların icrası nümayiş etdirilib.
Plana əsasən xüsusi təyinatlılar real döyüş şəraitində həqiqi döyüş sursatlarından istifadə olunmaqla açılan atəş altında irəliləyərək müdafiə olunan şərti düşmənə yaxınlaşıb, onun canlı qüvvəsini və atəş vasitələrini zərərsizləşdirərək dərinliyə doğru irəliləyiblər.
Təlimdə həmçinin yaşayış məntəqəsində döyüşün aparılması, şərti düşmənin dərinliyinə desant endirilməsi və pusqunun icrası, eləcə də hava yolu ilə qruplara təminatın çatdırılması üzrə fəaliyyətlər də icra olunub.
Təlimin gedişatını müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov xüsusi təyinatlılarla görüşüb, onların qayğıları ilə maraqlanıb və şəxsi heyət qarşısında çıxış edib.
Müdafiə naziri çıxışında xüsusi təyinatlıların Vətən müharibəsində, eləcə də son qarşıdurmalarda göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Onların təminat-təchizatının, o cümlədən döyüş hazırlığının daha da artırılmasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
onda general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunda qazanılan döyüş təcrübəsinin öyrənilməsi və müasir üsullarla keçirilən təlim-məşq prosesində tətbiq edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT Rusiya-Ukrayna danışıqları ilə bağlı səyləri dəstəkləyib
01:44 07.09.2026
Gündəm
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə