Münhendə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib
15:23 19.07.2020
Aktual
677
Bavariya paytaxtındakı “Azərbaycan Evi”nin təşəbbüsü ilə şəhərin mərkəzi Marienplas meydanında Bavariyada və yaxınlıqdakı federal əyalətlərdə yaşayan həmvətənlərimiz genişmiqyaslı etiraz aksiyası keçiriblər.
Mitinqdə 200-ə qədər şəxsin iştirak etməsinə icazə verildiyinə baxmayaraq, təxminən 500 nəfər gəlmişdi. Buna görə, şənbə günü Berlində keçirilən aksiyada olduğu kimi, öz həmrəyliyini ifadə etməyə gəlmiş azərbaycanlıların çox hissəsi mitinqin keçirilməsinə icazə verilmiş sahənin ətrafında toplaşmışdı. Aksiya iştirakçılarının əsas qrupu aydın intonasiya ilə şüarlar söyləyərkən bura gəlmiş bütün həmvətənlərimiz də onlara qoşulur, Azərbaycan diasporunun səsi bütün şəhərdə əks-səda verirdi.
Yoldan keçənlər ayaq saxlayır, oraya toplaşmış insanların tələbləri ilə maraqlanırdı. Aksiya iştirakçıları – Vətənə sevgi hissinin birləşdirdiyi qocalar və gənclər, qadınlar və kişilər, müxtəlif peşə sahibləri Azərbaycanın Dağlıq Qarabağ regionunda və iki dövlətin sərhədində baş verən hadisələrin mahiyyətini almanlara izah edirdilər.
Mitinqin iştirakçıları bütün Azərbaycan xalqı ilə həmrəy olduqlarını, doğma yurda sevgilərini, dövlətin sərhədlərini müdafiə edən döyüşçülərə minnətdarlıq, həlak olmuş şəhidlərin xatirəsinə hörmət hisslərini ifadə etdilər, Ali Baş Komandanın əmri ilə hər an Vətənin müdafiəsinə qalxmağa hazır olduqlarını bildirdilər.
Mitinqdə diaspor təşkilatlarının rəhbərləri, ziyalıların nümayəndələri, alimlər, tələbələr çıxış etdilər. Türk, qırğız, tatar, qazax, özbək diasporlarının nümayəndələri də azərbaycanlıları dəstəkləməyə gəlmişdi.
Aksiyaya toplaşanlar milli himnlər, hərbi marşlar ifa edirdilər. Mitinqin yekunu kimi dünya ictimaiyyətini erməni təcavüzünü pisləməyə və bu dövləti BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etməyə çağıran müraciət qəbul edildi.
Beləliklə, Münhen aksiyası Azərbaycan diasporunun daha bir nailiyyəti oldu. Bu tədbir tarixi vətəndə yaşayan Azərbaycan xalqının və xaricdəki Azərbaycan diasporunun birliyini nümayiş etdirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya