“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb!
13:52 25.02.2020
Aktual
365
Müştərilərinə hər zaman keyfiyyətli şəbəkə təcrübəsi təqdim edən “Nar”ın, 4/4.5G şəbəkəsinə qoşulan və aktiv şəkildə istifadə edən abunəçilərinin sayı 1 milyonu ötüb. Son bir ildə Bakı və regionlarda quraşdırılmış 1000-dən çox yeni LTE/LTE-A texnologiyalı baza stansiyaları sayəsində “Nar”ın ümumilikdə 4G istifadəçilərinin sayı iki dəfə artıb.
Mobil operator paytaxtla yanaşı, regionlarda da şəbəkəsinin gücləndirilməsinə hər zaman xüsusi önəm verib. Belə ki, təkmilləşmə işləri nəticəsində, ötən illə müqayisədə müxtəlif bölgələr üzrə 4G istifadəçilərinin sayında 101% artım qeydə alınıb. 4G şəbəkəsinə qoşulan 1 milyonuncu istifadəçi də məhz region sakini - Oğuz rayonundan Müşviq Babayev olub. “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke tərəfindən “Nar”ın baş ofisində qarşılanan 1 milyonuncu 4G istifadəçisinə ən son model dəyərli smartfon hədiyyə edilib.
“Keyfiyyətli və yüksəksürətli LTE/LTE-A şəbəkəsinin daha da genişləndirilməsi müştəriyönümlü biznes yanaşmamızın əsas istiqamətlərindəndir. Ən gənc mobil operator olaraq, mühüm bir nailiyyətimizi qeyd edirik. Belə ki, 4G şəbəkəmizdən yararlanan abunəçilərimizin sayı artıq 1 milyonu ötüb. Bu isə hər iki “Nar” abunəçisindən birinin aktiv 4G istifadəçisi olması deməkdir. “Nar”ın müştərilər tərəfindən yalnız rahat və sərfəli məhsullar üçün deyil, həm də keyfiyyətli şəbəkəsinə görə seçilməsi bizi sevindirir”, - deyə Qunnar Panke bildirib.
“Nar”ın 4G abunəçilərinin sayının artmasına ölkə arazisində yeni baza stansiyalarının quraşdırılması, mobil operatorun təqdim etdiyi paketlər və tariflər, eləcə də 4G smartfon penetrasiyasının artımı təsir edib. “Nar” artıq 54 bölgə mərkəzini 4G şəbəkəsi ilə təmin edib ki, bu da coğrafi ərazi əhatəsini 76%-ə qaldırıb. Hazırda “Nar”ın 4G şəbəksi ölkə əhalisinin 93,2%-ni əhatə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya