Natiq Cəfərli: "Karantin qaydaları yumşaldılmalıdır, amma hər kəs maskadan istifadə etməlidir"
Banuçiçək Kalbalıyeva
12:08 07.06.2020
Aktual
1905
Karantin qaydaları yenidən sərtləşdirildikdən sonra qəribə bir mənzərə yarandı. Belə ki, şənbə, bazar günləri heç kimə evdən çölə çıxmağa icazə verilmədiyinə görə, insanlar ərzaq tədarükünü həftə içi görməyə başladılar. Xüsusilə çörək ehtiyacının əvvəlcədən təşkil edilməsi bildirilsə də, bu, olmadı. Nəticə də çörək sayla satıldı, vətəndaşlar arasında mübahisələr yarandı. Çörəyi başqasının əlindən alan kimi, səhər tezdən oyanıb növbədə dayanan kim...Bəs bunun qarşısını necə almaq lazımdır?
İqtisadçı- ekspert Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirdi ki, tədarükün görülməsi çıxış yolu deyil:
"Şəxsən mən karantin qaydalarının bu qədər sərtləşdirilməsini düzgün hesab etmirəm. Böyük ticarət mərkəzləri, mağazalar bağlansın. Amma niyə insanlara çölə çıxmağa icazə verilmir? Təbabət də təsdiqləyir ki, immunitetin güclənməsi üçün açıq hava, D vitamini şərtdir. Odur ki, bu cür radikal qaydalar aradan qalxsa nə ajiotaj yaranar, nə də narazılıq".
N. Cəfərlinin fikrincə, son günlər baş verən hadisələrdən nəticə çıxarmaq lazımdır:
"Bu, göstərdi ki, insanları zorla evdə saxlamaq olmaz. Nə qədər tədarük görülür görülsün, insanlar evdə qalmağa öyrəşiblər. Axı isti havada əhalinin çölə çıxmasına icazə verməmək nə qədər doğrudur?! Bu, həm səhhətə, həm də psixologiyaya ziyandır. Odur ki, yeganə çıxışı yolu karantin qaydalarının yumşaldılmasıdır. İnsanlar tibbi maskadan, əlcəkdən istifadə etsinlər, amma özlərini həbsdə imiş kimi hiss etməsinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm