NATO Rusiyanın məşhur silahına cavab hazırlayır

NATO ilin sonuna qədər Rusiyanın “İsgəndər” komplekslərini yerləşdirməsinə cavab verəcək.

Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“İsgəndər”lərə gəlincə, biz hava hücumundan müdafiə və raket əleyhinə sistemlər, ənənəvi silahlar, döyüş hazırlığının vəziyyətinin yüksəldilməsi üzərində çalışırıq. NATO müdafiə nazirləri artıq belə işlərin şərtləri barədə razılaşıblar”, – deyə o bildirib.

Stoltenberq NATO-nun Avropada yeni nüvə raketləri yerləşdirmək fikrində olmadığını söyləyib.