Naxçıvan Ali Məhkəməsi Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiqləyib
16:23 22.02.2020
Aktual
1028
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 9 fevral 2020-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin bu gün iclası keçirilib.
APA-nın məlumatəna görə, seçkinin nəticəsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclasını Ali Məhkəmənin sədri Qasım Əliyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin bugünkü iclasının gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 9 fevral 2020-cil il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi haqqında məsələ çıxarılıb.
Sonra Ali Məhkəmənin hakimi Əli Allahverdiyev seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair məruzə ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov iclasda çıxış edərək seçkilərə hazırlıq prosesindən başlayaraq son nəticələrə qədər həyata keçirilmiş işlər barədə geniş məlumat verib.
Mütəxəssis qismində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin şöbə müdiri Rəhim Əsgərov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mütəxəssislərinin yoxlama prosesində yaxından iştirak etdiyini qeyd edərək yoxlamanın yekununa dair tərtib olunmuş arayışı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin diqqətinə çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılmasına dair qərar qəbul olunması üçün müşavirəyə çıxıb.
Ali Məhkəmənin Rəyasət Heyəti müşavirədən qayıtdıqdan sonra Naxçıvan MR-sı Ali Məclisinə 9 fevral 2020-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair Naxçıvan MR-sı Ali Məhkəməsinin Rəyasət Heyətinin qərarını elan edib. Qərarı Ali Məhkəmənin sədri Qasım Əliyev oxuyub və qərar təsdiq edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm