"Naxçıvan Ali Məhkəməsində bəraət alacağıma inanıram"
Yusif Nəzərli
01:29 03.02.2023
Aktual
408
Tural Səfərov: "Artıq məni şəxsi ambisiyalarına görə qanunsuz şəkildə həbs etdirənlər tarixin zibilliyinə atılıb"
"2021-ci ilin iyun ayında Vasif Talıbovun tapşırığı ilə Naxçıvanda qanunsuz şəkildə həbs edilmişdim. Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə 4 ay müddətinə azadlıqdan məhrum olunmuşdum". Bu sözləri tanınmış naxçıvanlı jurnalist, "TNS" İnformasiya Agentliyinin rəhbəri Tural Səfərov deyib. Jurnalist bildirib ki, həbs olunmasının bəhanəsi Naxçıvan Beynəlxalq Hava Limanı barədə yazdığı tənqidi status olub:
"Dəfələrlə qeyd etdiyim kimi, mənim həbsimin çox ciddi siyasi səbəbləri var idi. Bir ay həbsdə qaldıqdan sonra Azərbaycanın müvafiq dövlət orqanlarının müdaxiləsi ilə şərti azadlığa buraxılmışdım.
Həmin ilin dekabr ayında amnistiya tətbiq edilmiş və məhkumluğum götürülmüşdü. Mən cinayətkar deyildim və bu qərarla heç cür razılaşa bilməzdim. Ona görə də mənə bəraət verilməsi xahişi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermişdik. Bu gün məhkəmə iclası keçirildi. Azərbaycan Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarını qanunsuz hesab edərək ləğv etdi. İş baxılması və bəraət verilməsi üçün yenidən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə qaytarıldı. Artıq məni şəxsi ambisiyalarına görə qanunsuz şəkildə həbs etdirənlər tarixin zibilliyinə atılıb. Ona görə də Naxçıvan Ali Məhkəməsində bəraət alacağıma inanıram".
T.Səfərov Azərbaycanda ədalətli məhkəmə sisteminin qurulması istiqamətində apardığı islahatlara, haqlının və ədalətin yanında olduğuna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib:
"Bu müddətdə haqlı mövqeyimi dəstəkləyən, yanımda olan ağsaqqallara, dostlara, dəyərli millət vəkillərinə, partiya sədrlərinə, siyasi və ictimai xadimlərə, jurnalist həmkarlarıma təşəkkürümü bildirirəm. Biz birlikdə güclüyük. Qoy hər zaman ədalət zəfər çalsın!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı