Naxçıvan DİM-də nələr baş verir? – “İmtahandan kəsilənlərin “dərisi soyulur”
Yusif Nəzərli
14:41 03.02.2023
Aktual
565
"Naxçıvan Dövlət İmtahan Mərkəzində hüquq-mühafizə orqanlarının yoxlamalar aparması olduqca normaldır. Hətta deyərdim ki, xeyli gecikmiş addımdır”.
Bunu "Sherg.az"a tanınmış jurnalist, "Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz deyib. Onun sözlərinə görə, bu qurumun niyyəti məmurların savad səviyyəsini müəyyənləşdirmək olmayıb:
"Məqsəd kimlərisə işdən çıxarmaq və yerinə başqa birisindən rüşvət alaraq, boşalan vəzifəyə təyin etməkdir. Yaxud da imtahandan kəsilən məmurun “dərisini soymaqla” yerində saxlamağa çalışıb. Mənə bir jurnalist kimi, bu istiqamətdə xeyli şikayətlər edilib".
Jurnalist həmin şikayətləri araşdıraraq, belə bir qənaətə gəlib:
"Naxçıvan Muxtar Respublikanın Baş naziri Səbuhi Məmmədovla DİM rəhbəri İsmayıl Qəribli əl-ələ verərək, rüşvət mexanizmi yaratmağa xidmət edib. Üstəlik, Naxçıvan ölkəmizin tərkib hissəsidirsə və vahid mərkəzdən kadr seçimi aparan, bunun üçün sertifikasiya imtahanları keçirən Azərbaycan DİM varsa, ona paralel dövlət qurumu yaratmağın anlamı nədir?! Bu arabanın 5-ci təkərinə bənzəmirmi?!
Adətən, bizim kimi ölkələrdə arabanın 5-ci təkərləri rüşvət yığmaq üçün nəzərdə tutulur. Naxçıvan "xan"ının 27 illik fironluğunun korrupsiyaya əsaslandığını nəzərə alsaq, bu cür paralel qurumların ən yaxşı halda bürokratik süründürməçilik yaratmağa, ən pis halda isə separatçı məqsədlərə xidmət etdiyi bəllidir. Hər iki hal dövləti cinayətdir. Azərbaycan hakimiyyəti bunun qarşısını almalıdır".
Qeyd edək ki, hüquq-mühafizə orqanları Naxçıvan Dövlət İmtahan Mərkəzində (DİM) yoxlamalar keçirir. Yoxlamaların səbəbinin 2022-ci ilin dekabr ayında müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahan suallarının satılması iddiası barədə olduğu bildirilir. Məlumatı Naxçıvan DİM-in mətbuat katibi Məmməd Babayev təsdiq edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm