
Naxçıvan-Türkiyə quru sərhədi açılıb
Naxçıvan-Türkiyə quru sərhədi açılıb
Yusif Nəzərli
05:22 03.02.2023
Aktual
1378
Avtomobillərin keçidinə icazə verilməsi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə əlaqədardır
Fazil Mustafa: “Bu onunla bağlıdır ki, insanlar gündəlik məişət tələbatlarını ödəmək, 5-10 manat çörəkpulu qazanmaq üçün Türkiyəyə rahat keçə bilsinlər ”
Son zamanlar sərhədlərin qapalı olması ilə bağlı problem ən aktual məsələdir və quru sərhədlərin açılması sosial tələbdir. İnsanların böyük əksəriyyəti pandemiyaya görə bağlanmış sərhədlərin artıq açılmasını tələb edirlər və bu sərhədlərin bağlı saxlanılması üçün heç bir əsas yoxdur.
Qeyd edək ki, Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib. Dünəndən etibarən Naxçıvan Muxtar Respublikasında yerləşən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən avtomobillərin keçidinə icazə verilib. Lakin qeyd edilib ki, sərhədi keçmək istəyən şəxslər yalnız Naxçıvan MR vətəndaşları olmalıdır. Onlar öz şəxsi avtomobilləri ilə sərhədi keçə bilərlər. Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa isə qüvvədə saxlanılıb.
Qeyd edək ki, koronavirus pandemiyası zamanı Azərbaycanın quru sərhədləri bütün qonşu ölkələr üçün bağlansa da, Naxçıvan MR-dən İran və Türkiyəyə gediş-gəlişə icazə verilirdi. Lakin 2022-ci il iyulun 1-dən etibarən Naxçıvanda da yük maşınları istisna olmaqla digər avtomobillər üçün keçid dayandırıldı.
Ölkə vətəndaşları sözügedən qərarı müsbət qarşılasa da, Gürcüstan- Azərbaycan sərhədi ilə bağlı da analoji addımların atılmasını tələb edirlər.

Məsələni “Şərq”ə şərh edən millət vəkili Fazil Mustafa isə hesab edir ki, Naxçıvanın yerləşdiyi coğrafi mühit səbəbindən bu qərar ayrıseçkilik kimi dəyərləndirilməməlidir. Yəni hazırkı proseslər fonunda Naxçıvan-Türkiyə sərhədi ilə Azərbaycanın digər quru sərhədlərinin bağlı qalması müqayisə predmeti olmamalıdır:
“Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən avtomobillərin keçidinə icazə verilməsi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə əlaqədardır. İranla diplomatik əlaqələrimiz kəsilib, səfirliyimiz fəaliyyətini dayandırıb. Naxçıvanlılar İran vasitəsilə Bakıya gələ bilmirlər. Türkiyə ilə sərhəd məntəqəsi də bağlı olduğundan Naxçıvanda təyyarədən başqa nəqliyyat vasitəsi yox idi. Bu isə insanların çıxışını məhdudlaşdırırdı. Sərhədlərin açılması onlara imkan yaradır ki, gündəlik məişət tələbatlarını ödəmək, 5-10 manat çörəkpulu qazanmaq üçün Türkiyəyə rahat keçə bilsinlər. Hesab edirəm ki, qısa zamanda avtobusların gediş-gəlişinə qoyulan qadağa da ləğv edilməlidir”.
Gürcüstan-Azərbaycan quru sərhədinin bağlı qalması da soydaşlarımız üçün çox ciddi problemlər yaradır. Bu qədər narazılığa rəğmən hələ də arzuolunan qərarın niyə verilmədiyinə gəldikdə isə millət vəkili deyib ki, bu məsələ bir növ beynəlxalq situasiyalardan asılıdır:
“Görünür, dünyada COVİD təhlükəsizliyi ilə bağlı xəbərdarlıqlar artdığı üçün hökumət riskə getmək istəmir. Ancaq mən də hesab edirəm ki, müəyyən güzəştlər edilə bilər. Vacib və həyati əhəmiyyətli məsələsi olan insanlar xüsusi buraxılış sənədi ilə quru sərhədini keçə bilər. Elə insanlar var ki, yaşlı valideynləri Gürcüstanda qalıb. Təyyarə qiymətləri baha olduğundan gedib-gələ, onların problemlərini həll edə bilmirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı