
Nazirlikdə təmizləmə!- “Orduda rüşvət vətənə xəyanətə bərabərdir”
Nazirlikdə təmizləmə!- “Orduda rüşvət vətənə xəyanətə bərabərdir”
Yusif Nəzərli
13:37 08.06.2022
Aktual
1034
Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sabiq rəisi həbs edilib. Tibb xidməti polkovniki Azad Abdullayev Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilir. O, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi üzrə tutulub. Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Müdafiə Nazirliyində korrupsiya həbsləri ilə bağlı "Sherg.az"a danışan ehtiyatda olanpolkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərovun qənaətincə, kimliyindən aslı olmayaraq xidməti dövründə qanunsuzluğa yol verən şəxs qanun qarşısında cavab verməlidir:
"Təssüf ki, bəzi vəzifəli şəxslər, şöbə müdirləri rəislər və digərləri özlərini xidmətdə ikən qanundan üstün tuturlar. Bir müddət sonra belə hadisələrə təəccüblənmək lazım deyil. Korrupsiyanı bir nəfər etmir. Bu şəxs istintaqa verdiyi məlumatlarda yəqin, ondan da yuxarı vəzifəlilərin adını çəkəcək. Onlar da məsuliyyət daşımalıdır. Ya rəhbərlik, ya da yaradılmış komissiya şəxslərin xidməti fəaliyyəti yoxlayır. Komissiya nöqsanları görməyibsə və yaxud səhlənkarlığa yol veribsə, həbs cəzası alanlarla bərabər, yoxlamanı aparan şəxslər də cavabdehdir".
Ü.Cəfərovun fikirlərinə əsasən, güc strukturları ölkənin müqəddəs qurumlarıdır:
"Yaxın vaxtlarda Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin vəzifəli şəxsləri həbs olundu. Müdafiə Nazirliyi Maliyyə Nazirliyindən eləcə də, Hesablama Palatasından yoxlama aparılıb. Sözügedən şəxslər daha çox məsuliyyət daşıyır. Nöqsanları, çatışmazlıqları necə görməyiblər? Görməyiblərsə, böyük qəbahətdir, görüb və maddi maraqlar müqabilində göz yumublarsa, Vətənə xəyanətə bərabərdir. Sərhədlərin qorunması, ölkənin müdafiəsi və təhlükəsizliyi düşmənlə üz - üzə qalmaq deməkdir. Bu işdə “əli” olan hər kəs cəzalanmalıdır. Əgər cavabdeh şəxs nöqanlara qarşı tədbir görməyibsə, ağır nəticələnə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi