Niyaməddin Orduxanlı bu dairədən namizəd oldu

İctimai fəal, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deputatlıq iddiasını rəsmiləşdirib.

Axar.az xəbər verir ki, o, namizədliyini 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən irəli sürülüb.

Niyaməddin Orduxanlı bildirib ki, namizədliyini partiyanın qərarı ilə verib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının sözügedən dairədən namizədi Səbinə Səməd qızı Xasiyevadır.