
NONSENS! - “Rusiya və İran sərhədlərimizin yaxınlığında hərbi birləşmələr toplayır”
Yusif Nəzərli
09:53 08.07.2022
Aktual
757
Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlama verib. Nazir bildirib ki,Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının növbəti iclasını komissiyaların sədrləri razılaşdırmalıdır. Birgə Sərhəd Komissiyasının gələcək iclaslarına dair razılaşma əldə edildikdən sonra onun yeri də müəyyən ediləcək.C.Bayramovun qey edib ki, ümumilikdə sərhədlərin delimitasiyası çətin və vaxt aparan prosesdir.Ceyhun Bayramov əlavə edib ki,Bir məqamı qeyd edim. Sərhəd Komissiyasının formalaşdırılmasından öncə Ermənistan şərt irəli sürürdü ki, qoşunlar sərhəd bölgəsindən geri çəkilsin. Amma Azərbaycan prinsipial mövqeyini ortaya qoydu və qoşunlar yerində qaldı.
Müharibənin bitməsindən sonra hələ də sərhədlərin delimitasiya olunmaması və sülh müqaviləsinin şərtlərinə əməl edilməməsi əhali arasında narahatlıq doğurur.

Nazirin bu xüsusda narahatlığının başa düşülən olduğunu deyən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev
"Sherg.az"a bildirib ki, müharibə ərəfəsində Azərbaycanın Qarabağ ərazisində ermənilərin məskunlaşdırılması delimitasiya işlərinin sakit və rahat şəkildə aparılmasına maneçilik törədən şərtlərdəndir:
"İki ölkə arasında delimitasiya və demarkasiya aparılmasının mürəkkəbliyini dərk etmək üçün ilk növbədə hansı proseslərdən keçilməli olduqlarının təsəvvür etmək lazımdır. Komissiyalar yaradıldıqdan sonra tərəflər dəfələrlə görüşərək hansı prinsiplərdən və xəritələrdən başlayacaqlarını müəyyən etməlidirlər. Proses böyük maştablı, üzərində aydın təsvir olunan xəritələrdə coğrafi relyef və qurunun müəyyən su obyektləri, çaylar, göllər, bataqlıqlar, landşaftın digər elementləri dəqiq əks olunmalıdır. Bütün bunlar ilkin və vacib olan şərtlərdir. Prosesin münaqişəli tərəflər arasında baş verməsini nəzərə alsaq, üçüncü, dördüncü və s.tərəflərin müdaxiləsinin üzərinə gəlsək, durumun ciddi və çətin olduğunu anlamış olarıq. Hörmətli XİN rəhbərimiz Ceyhun Bayramovun bu xüsusda narahatlığı başa düşüləndir. Hazırda bizimlə qonşu olan Rusiya və İran sərhədlərimizin yaxınlığında müəyyən hərbi birləşmələr toplayır. İran növbəti təlimlərə başlayıb. Rusiya isə Tovuz rayonuna yaxın ərazidə hərbi baza qurmağı planlaşdırır.Təbii ki, biz bundan çox narazı və narahatıq.Eyni zamanda 10 Noyabr sazişinin yerinə yetirilməsində çətinliklər var. Laçın şəhərinin boşaldılması prosesi çətin gedir. Ermənilər Laçına və Zabux kəndində məskunlaşmış başqa ölkələrdən gətirilən keçmiş döyüşçü və terrorçuların Qarabağda qalması üçün hərəkətə keçib. Bu şəxslərin Azərbaycan vətəndaşlığını qəbul edərək yaşaması da doğru deyil. Qarabağda yalnız o erməni əsilli insanlar yaşamağa davam edəcək ki, onlar Rusiya imperiyası zamanı köçürülənlərdən olsunlar. Müharibə ərəfəsində Azərbaycanın Qarabağ ərazisinə gətirilərək məskunlaşdırılan ermənilər bu torpaqları tərk etməlidirlər. Bütün bu proseslər təbii ki, delimitasiya işlərinin sakit və rahat şəkildə aparılmasına maneəçilik törədən şərtlərdəndir. Ən sonda isə komissiyaların razılaşdırdığı xəritələr parlamentlərdə ratifikasiya ounmalıdır. Bu da heç də düşündüyümüz kimi asan məsələ deyil. Ermənistan istənilən anda danışıqlardan qaça bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət