Öcalanın dayısı oğlu məhv edildi

Türkiyə Milli İstehbarat Təşkilatı İraqın şimalında PKK-nın kəşfiyyat məsələlərinə nəzarət edən şəxsini məhv edib.

Öldürülən şəxs "Koçer" ləqəbli Mətin Arslan olub. Onun 2019-cu ilin noyabrının ilk həftəsində Sincarda öldürüldüyü vurğulanıb.

Qeyd edək ki, Mətin Arslan Türkiyənin indiyə qədər ən çox axtardığı terrorçulardan olub. O, PKK lideri Abdullah Öcalanın dayısı oğludur.