Ombudsman Aparatının regional mərkəzləri 20 Yanvar hadisələri ilə bağlı tədbirlər keçirib
18:06 13.01.2020
Aktual
653
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının regional mərkəzləri 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib. Bu barədə Sherg.az-a Ombudsman Aparatından məlumat verilib.
Qubanın Qəçrəş, Şəkinin Şorsu kəndlərində, Naftalan şəhər 2 saylı orta məktəbdə, Xızı şəhər tam orta məktəbdə, Qusar şəhər 6 saylı tam orta məktəbdə, Oğuz şəhər 1 saylı tam orta məktəbdə və Cəlilabad şəhər 8 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin mahiyyətindən, həmin dövrdə cərəyan edən proseslərdən, hadisəyə siyasi-hüquqi qiymət verilməsindən bəhs edilib. Qeyd olunub ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu hissələrinin həyata keçirdiyi hərbi təcavüz nəticəsində paytaxt Bakıda və rayonlarda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.
Tədbirlərdə törədilmiş qırğının insanlıq əleyhinə cinayət olduğu, faciəyə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Ulu Öndərin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edilib, Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olunub.
Çıxışlarda Azərbaycan xalqına qarşı törədilmiş Qanlı Yanvar hadisələrinin günahkarlarının cəzalandırılmasının zəruriliyi vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu husilərə qarşı müharibəyə hazır olduğunu bəyan etdi
16:07 11.09.2026
Aktual
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya