Ordu bölmələrimizə "həyəcan siqnalı" verildi – VİDEO

Azərbaycan Ordusu miqyasında başlayan, müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən əməliyyat təlimi davam edir.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən verilən məlumata görə, təlimin niyyətinə uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələri daimi dislokasiya məntəqələrini "həyəcan siqnalı" ilə tərk edərək marş icraetmə, cəmləşmə rayonlarına çıxma və digər tapşırıqları yerinə yetirib.