Orduda intihar - Komandirlər əsgərləri dinləməlidirlər!
Yusif Nəzərli
09:54 07.07.2022
Aktual
707
“Hər bir əsgər fərdidir və hər bir əsgərin daxili aləmi fərqlidir”
"Bütün bunları diqqətdə saxlamalıyıq. Belə məsələlərə diqqət azalarsa, o zaman təbii ki, ağır fəsadlar qaçılmaz olacaq”
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tağıyev Rəvan Zeynalabdin oğlu ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürüb.
“Unikal”ın əldə etdiyi məlumata görə, R.Tağıyev Yevlax rayonunun Salahlı kəndindəndir. Onun hərbi xidmətini başa vurmasına 3 ay qalıbmış.
Rəvanın özündən böyük bir qardaşı da var. Böyük qardaşı yenicə hərbi xidmətdən qayıdıb. O, Naxçıvanda xidmət edib. R.Tağıyevin nəşi bu gün doğulduğu Salahlı kəndinə gətirilib və orada dəfn olunub.
Orduda baş verən intiharların səbəblərindən və bu problemin çıxış yollarından danışan hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a açıqlamasında bildirib ki, ordu kifayət qədər geniş heyətə malikdir:
“Burada insanların fəqli xarakterləri və xüsusiyyətləri ola bilir. Təbii ki, orduda intihar hallarının baş verməsi heç kim üçün qəbuledilən və xoş hadisə deyil.
Bu kimi hallar intizamla, hərbçinin daxili aləm ilə, aldığı xəbərlərlə, ailəsində baş verən dəyişikliklərlə, şəxsi həyatında mövcud olan problemlərlə bağlı ola bilər. İstənilən halda bu hadisələr araşdırılmalı və analiz olunmalıdır. Bu statistikaları əldə etdikdən sonra biz nə isə deyə bilərik.
Amma orduda intiharların qarşısını almaq üçün ciddi tədbirlər görülməldir. Lakin düşünmürəm ki, bunlarla bağlı ölçülər götürülümür. Ancaq hər bir halda biz istərdik ki, bu barədə rəsmi statistikalar dərc olunsun və ictimaiyyət bu haqda məlumatlı olsun. Ordu bölmələrində nizam-intizam kifayət qədər yüksək səviyyədədir. Amma ayrı-ayrı çatışmazlıqların mövcud olduğunu vurğulamalıyam”.
Ekspert hərbi qulluqçulara səslənib, onları belə addımlardan çəkinməyə çağırıb:
“İntihar heç bir problemi həll etmir. Əksinə, mövcud olan problemləri daha da dərinləşdirir. Şəxsin ailəsində və yaxınlarında böyük kədər hissi yaradır.
Odur ki, hərbçilərimiz, o cümlədən vətəndaşlarımız problemlərin həllini bu yolda axtarmasınlar.
Hərbi qulluqçılar çətin vəziyyətlərdə komandirlərə, rəhbər şəxslərə müraciət etsinlər, problemlərini onlarla bölüşsünlər.
Komandirlər isə daim şəxsi heyətlə fərdi söhbətlər aparmalı, onların daxili aləmlərinə nüfuz etməli, problemlərini bilməlidirlər. Hər bir əsgər fərdidir və hər bir əsgərin daxili aləmi fərqlidir.
Bütün bunları diqqətdə saxlamalıyıq. Belə məsələlərə diqqət azalarsa, o zaman təbii ki, ağır fəsadlar qaçılmaz olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət