Ordumuz qışa hazırdır - VİDEO

Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən bölmələrinin qış mövsümünə hazırlıqla əlaqədar təchizat və təminat işləri başa çatdırılıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, yüksək dağ massivlərində döyüş növbətçiliyi yerinə yetirən hərbi qulluqçuların ərzaq təminatı, isti geyim və istilik üçün yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun şəkildə döyüş mövqelərinə çatdırılıb.

İşğal olunmuş Azərbaycan torpaqlarındakı Ermənistan ordusunun bölmələri ilə üzbəüz mövqelərdə döyüş növbətçiliyi aparan Azərbaycan Ordusunun bölmələri qış mövsümünə tam hazırdır. Dəniz səviyyəsindən 1500-2000 metr hündürlükdə yerləşən mövqelərdə xidmət aparan şəxsi heyətin təchizat və təminatı qış ayları ərzində heç bir problem və çətinlik çəkmədən xidmət aparmağa imkan verir.