Ordumuzun hərbi hazırlığı daha da yüksələcək
08:47 09.01.2021
Aktual
537
Ermənistana özünə gəlmək üçün illərlə vaxt lazımdır
Ermənistan hər il məktəbli və tələbələrin iştirakı ilə hərbi düşərgələr təşkil edir. Düşərgələrdə erməni gənclərə işğal siyasəti haqqında məlumatlar təbliğ olunur, Ermənistanın və Qarabağın tarixi haqqında saxta məlumatlar verilir, hərbi biliklər aşılanır. Qeyd olunan layihələr əsasən Ermənistan hökuməti tərəfindən maliyyələşdirilir. Universitet tələbələri ilə yanaşı Ermənistanın hərbi-siyasi rəhbərliyi məktəbliləri də bu düşərgələrə cəlb edirlər. Hətta bəzi düşərgələr erməni gəncləri üçün məcburidir. Məsələn, “Aspet” hərbi təlim düşərgəsi “Mxitar Sebastatsi” təhsil kompleksində oxuyanlar üçün məcburidir. Ermənistanın təhsil planı ilə hərbi elmi dərslərini düşərgədə keçirməsinə icazə verilir. İrəvanın “Kvant” məktəbi də belə bir düşərgəyə sahibdir.
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov "Şərq"ə açıqlamasında bildirib ki, bu günləri Azərbaycan əsgər və zabitləri ən müasir texnikaları öyrənirlər. O vurğulayıb ki, hərbiçilərimiz qonşu dövlətlərlə təlimlərdə də iştirak edirlər:
"Qeyd edim ki, Müdafiə Nazirliyi hərbi hissələrdə elə bu günün özündə də təlimlər keçirir.
Hərbiçilərimiz həm dağ, həm dəniz, həm də düzənlik şəraitində mütəmadi olaraq təlimlərə cəlb olunurlar. 44 günlük müharibədə qalib gəlsək də, Azərbaycan Ordusu hər zaman döyüşə hazır vəziyyətdə olmalıdır.
Bunun üçün də bütün şəraitlər ölkəmizdə yaradılıb. Bu gün bir sıra təlim mərkəzləri var. Burada əsgərlərə müasir texnikalardan istifadə qaydaları öyrədilir.
Onlar da bu sahədə professionallıq göstərə bilirlər. Sirr deyil ki, 44 günlük müharibədə Azərbaycan əsgəri, zabiti yüksək peşəkarlıq göstərdi. Bu gün o peşəkarlığı, Azərbaycanın müharibə təcrübəsini xarici dövlətlər də öyrənməyə cəhd göstərirlər".
C.Xəlilov əlavə edib ki, Ermənistanın hərbi hazırlığı və təlim düşərgələri heç bir halda bizləri qorxutmur:
"Ermənistan öz ordusunu gücləndirmək üçün ona illərlə vaxt lazımdır. Çünki Ermənistanın istifadəsində olan texnikaların 90 faizi bu günləri Azərbaycandadır. Ermənistan heç vaxt Azərbaycanı qorxuda bilməz və Azərbaycan Ordusuna qalib gələ bilməz. Ölkəmizdə ordu hazırlığına ölkə başçısı İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir.
Əsgərlərin mənəvi-psixoloji durumu, mənəvi, fiziki hazırlığı diqqət mərkəzindədir. Ölkəmizdə çoxlu təlim mərkəzləri, ali hərbi məktəblər və hərbi akademiyalar fəaliyyət göstərir.
Günü-gündən Azərbaycan Ordusunun hərbi hazırlığı daha da yüksələcək. Buna heç kimin şübhəsi olmasın. Azərbaycan 44 günlük müharibədə qazandığı rəşadəti daha da gücləndirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya