
Ordumuzun kazarmalardan çıxmasına zərurət yaranacaq
Yusif Nəzərli
08:28 15.11.2022
Aktual
352
Qarabağa nəzarəti tam bərpa etmək üçün nə ermənilər, nə ruslar başqa çıxış yolu qoymur
"10 noyabr üçtərəfli bəyanatının ən çox müzakirə edilən və Ermənistan tərəfindən icra edilməyən iki əsas bəndi - erməni qoşunlarının Qarabağdan çıxarılması və Naxçıvana maneəsiz keçidin təmin edilməsidir".
Bunu "Şərq"ə siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, razılaşmanın 6-cı bəndi – Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi bu ilin avqustunda həyata keçirildi. Lakin bu, İrəvan tərəfindən anlaşmanın icrası yox, Bakının məcbur etməsinin nəticəsi idi:

"Azərbaycan “Qisas” əməliyyatı ilə dəhlizin marşrutunun dəyişdirilməsinə nail oldu və Laçın şəhərinin mərkəzinə də nəzarət bərpa edildi. Proseslər növbəti əməliyyatlara da zərurətin yarana biləcəyi yönündə inkişaf edir.
Xüsusilə erməni qoşunların Azərbaycan torpaqlarından tam çıxarılması üçün məcburetmə əməliyyatı yeganə seçim olaraq görünür. Üçtərəfli razılaşmanın imzalanmasından ötən iki il ərzində Bakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərlə bağlı üç istiqamətdə irəliləyiş əldə edib. Fərrux və Qisas əməliyyatı ilə Xankəndi ətrafında halqa daralıb. Əsas strateji nöqtələrin Azərbaycan Ordusunun nəzarətində olması həm psixoloji üstünlük, həm də mümkün əməliyyatlar üçün önəmlidir. Laçın dəhlizinin marşrutunun dəyişməsindən sonra ermənilərin yaşadığı ərazilərə gedən qaz, elektrik enerjisi və digər nəqliyyat xətlərinə nəzarət güclənib".
A.Nərimanlı vurğulayıb ki, ötən qış baş verən qəza nəticəsində Xankəndinin qaz təchizatının kəsilməsinin yaratdığı nəticələr də bunu təsdiq etdi:
"Həm Qərb, həm Rusiya masasından Qarabağ mövzusu çıxarılıb, “Qarabağ münaqişəsi”nin bitdiyi, ermənilərin Azərbaycan vətəndaşı olaraq bölgədə yaşaya biləcəyi mövqeyi güclənib. Proseslərin mürəkkəbliyi və geosiyasi oyunçuların bölgədə məhz Qarabağ üzərindən hərəkət etməsi fonunda diqqətçəkən nəticələrdir. Proseslərdən çıxan bir nəticə də var: - Qarabağa nəzarəti tam bərpa etmək üçün ordunun kazarmalardan çıxması zərurəti yaranacaq, nə ermənilər, nə ruslar başqa çıxış yolu qoymur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol