Özbəkistanın Baş Prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdədir
10:28 10.06.2022
Aktual
504
2021-ci il noyabrın 1-də Bakıda keçirilmiş Türk Dövlətləri Təşkilatının baş prokurorlarının birinci iclası çərçivəsində Azərbaycan və Özbəkistan baş prokurorluqları arasında imzalanmış “2022-2023-cü illər üçün Əməkdaşlıq Proqramı”ndan irəli gələn müddəaların icrası məqsədilə Özbəkistan prokurorluğunun nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 8-də Baş prokurorun birinci müavini Elçin Məmmədov nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan E.Məmmədov bütün sahələrdə olduğu kimi, ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, dövlət başçılarının siyasi iradələri ilə reallaşan mühüm əhəmiyyətli strateji layihələrinin ölkələrimizi daha da yaxınlaşdıracağı, xalqlarımızın rifahına xidmət göstərəcəyini vurğulayıb.
Özbəkistan Baş Prokurorluğunun idarə rəisi Bəxtiyor İbrohimov yüksək qonaqpərvərliyə və səmimi görüşə görə minnətdarlığını ifadə edərək səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd edib.
Sonra əməkdaşlıq proqramı çərçivəsində “Prokurorun işlərə məhkəmələrdə baxılmasında iştirakı” mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycan və Özbəkistan prokurorluq əməkdaşları mövzu ətrafında təqdimatlarla çıxış ediblər.
Səfər çərçivəsində qonaqlar ölkəmizin prokurorluq orqanlarının, o cümlədən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Elm-Tədris Mərkəzinin, Sumqayıt Şəhər Prokurorluğunun fəaliyyəti, habelə ölkəmizin zəngin mədəni-tarixi irsi ilə tanış olublar.
Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi