Paris regional proseslərə təsir etmək imkanını itirib
Paris regional proseslərə təsir etmək imkanını itirib
Yusif Nəzərli
00:52 11.10.2023
Aktual
353
Fransanın erməniləri silahlandırması ciddi fəsadlara səbəb ola bilməz
Fransa mülki təhlükəsizlik qüvvələrinin 56 hərbçisi Ermənistana gəlib. Bununla yanaşı, 2 “Dash” təyyarəsi, 1 mobil idarəetmə stansiyası və 2 ton hərbi avadanlıq da İrəvana gətirilib. Rəsmi məlumatda qeyd olunur ki, Fransa hərbçiləri Ermənistanla birlikdə “HOPE 2023” təlimində iştirak edəcəklər.
Fransa hərbi heyətinin Ermənistana gəlişi Parisin İrəvanla hərbi əməkdaşlığı fonunda diqqət çəkir. Son günlər Fransa Ermənistanın təhlükəsizliyində rolunu artırmaq istiqamətində addımlar atır. Anti-Rusiya siyasi xətti tutan İrəvan da KTMT-dən çıxmaq və rusları fransızlarla əvəzləmək niyyətindədir. Bu baxımdan, “mülki təhlükəsizlik” təlimləri üçün Fransadan gələn hərbi heyətin Ermənistana yerləşdiriləcəyi istisna edilmir.
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, Fransanın niyyəti bəllidir. Ekspertin sözlərinə görə, Prezident E.Makron Qarabağda sülhməramlı əməliyyat üçün birgə beynəlxalq mandat əldə etmək istəyir:
"Azərbaycan Türkiyə ilə birlikdə fəaliyyət göstərir. Ona görə də Fransanın erməniləri silahlandırması ciddi fəsadlara səbəb ola bilməz. Fransa regional proseslərə təsir etmək imkanını itirib. Bu baxımdan Parisin mövqeləri güclənən Rusiya və Türkiyənin maraqlarını sarsıtmaq, onları regiondan sıxışdırıb çıxarmaq məqsədi aydındır. Eyni zamanda Fransa daxilində güclü erməni lobbisinin təsiri ilə pozucu, destruktiv addımlar bir-birini əvəzləyir. Açıq şəkildə Ermənistana silah daşınır. Rusiya əgər Ermənistandan çəkilsə ermənilər gələcək danışıqlarda, ümumiyyətlə, proseslərdə öz imkanlarına əsaslanan bir siyasət yürütməlidirlər, Parisin oyuncağına çevrilməli deyillər".
A.Rəşidoğlu əlavə edib ki, Fransanın “Thales” şirkəti Ermənistan şirkətləri ilə birgə fəaliyyət göstərir:
"Bundan başqa, Fransa snayper tüfənglərinin Ermənistana verilməsi layihəsini də həyata keçirir. Ermənistanla Fransa strateji tərəfdaşdır. Bu təkcə siyasi-iqtisadi deyil, həm də hərbi formatdadır. 1994-cü ildəki atəşkəs müqaviləsindən sonra “Ohanyan xətti”nin yaradılmasında, formalaşmasında fransalı mütəxəssislər birbaşa iştirak ediblər. Yəni Fransanın Ermənistanla hərbi əməkdaşlığı yeni deyil. Cənubi Qafqazda Fransanın mütləq müttəfiqi Ermənistandır. İstənilən halda hərbi qarşıdurma Ermənistanın bir dövlət kimi yox olmasına səbəb ola bilər. Bunu Paşinyan da anlayır. Odur ki, Parisin erməniləri silahlandırmasını və müdafiəsini təşkil etməsini faciə hesab etmirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xanımına tərəf müqabili ilə xəyanət etdiyi iddia olundu
02:12 15.04.2026
Şou
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya