Plan var! - "Türkiyə Suriyada, Azərbaycan Qarabağda antiterror...”
Yusif Nəzərli
11:57 01.12.2022
Aktual
647
Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-cu iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
XİN başçıları Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.
Nazirlər həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün “kod”larını "Sherg.az"a açan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli vurğulayıb ki, iki ölkə də həssas dönəmdən keçdiyi üçün məsləhətləşməyə ehtiyac var:
"Türkiyə Suriyada, Azərbaycan isə Qarabağda antiterror əməliyyatlarına başlamağı planlaşdırır. Hazırda hər iki dövlətin bundan daha vacib mövzusu yoxdur.
Ona görə də, bu məsələdə dərhal beynəlxalq aləmdə və dövlətlərlə münasibətlərarası kontekstdə mövqeləri uzlaşdırmağa ehtiyac var. Yəni dərhal qərar vermək lazımdır. Çavuşoğlu və Bayramovun bu səbəblə görüşdüyünü ehtimal edirəm".
Görüşün ATƏT-in iclasında baş tutmasına gəlincə, ekspert qeyd edib ki, Azərbaycan bu təşkilatlara Avropa regional siyasəti prizmasından yanaşır:
"Artıq ATƏT-in heç bir önəmi qalmayıb. Avropada təhlükəsizliklə, əməkdaşlıq qayğıları birmənalı şəkildə təmin olunmur və ideya özünü doğrultmadı. Yəni bu təşkilata soyuq müharibə dövründə, isti savaşdan qaçmaq üçün vasitələrdən biri kimi baxılırdı. Lakin baş tutmadı. Azərbaycanın nazirlər şurasının 29- cu iclasında iştirak etməsi isə ümumavropa düşüncəsinin tədqiqi, son trendləri bilmək və orada əks mövqedə çıxış edənlərin cavabını vermək məqsədi daşıyır. Bu səbəblə də həmin kontekstdə ən maraqlı hadisə Azərbaycan və Türkiyə XİN başçılarının görüşüdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət