
Politoloq: ABŞ rəsmiləri ilə təmaslar göstərir ki, Ukrayna da danışıqların bir parçasına çevrilib
12:09 11.03.2025
Aktual
406
Prosesin sülh müqaviləsi ilə nəticələnəcəyi halda belə, Kiyev bəlli itkilərlə üzləşəcək
Ciddədə Trampın komandası ilə görüş çox konstruktiv başladı.
Bunu Ciddədə ABŞ nümayəndə heyəti ilə görüşdə iştirak edən Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
“Ədalətli və davamlı sülh əldə etməyə çalışırıq”, - Yermak bildirib.
Qeyd edək ki, ABŞ və Ukrayna rəsmilərinin Ciddədə görüşü bu gün başlayıb.
Politoloq Sahil Kərimli "Sherg.az"a bildirib ki, ABŞ və Rusiyanın son yaxınlaşmasından sonra Ukrayna danışıqlar prosesindən kənarda saxlanılırdı:

"Son dövrlərdə Ukrayna Prezidenti Vladimir Zelenski və digər rəsmilər ölkənin Avropadakı dayaqlarını möhkəmləndirməyə və Ukraynaya dəstək verən dövlət başçıları ilə birlikdə danışıqlarda fəal iştirak etməyə çalışırlar. Bununla Kiyev həm də öz maraqlarını qorumağı hədəfləyir. Bu kontekstdə, bundan əvvəl Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndə heyətləri arasında geniş görüş keçirilmişdi. Son günlərdə isə Ukrayna nümayəndə heyətinin Səudiyyə Ərəbistanında ABŞ dövlət rəsmiləri ilə görüşməsi, aparılan təmaslar və məsləhətləşmələr göstərir ki, artıq Ukrayna da prosesə cəlb olunub və danışıqların bir parçasına çevrilib.
Əslində, bu, gözlənilən idi. Çünki Rusiya ilə müharibə nəticəsində Ukrayna həm ərazi, həm də iqtisadi və maliyyə baxımından ciddi itkilərə məruz qalıb. Belə bir vəziyyətdə ABŞ-nin Kiyevə açıq şəkildə arxa çevirməsi, dəstək verməkdən imtina etməsi, hətta indiyə qədər göstərdiyi yardımları geri tələb etməsi və digər proseslər Ukraynanın daha da çətin vəziyyətə düşdüyünü göstərir".
Politoloq vurğulayıb ki, müharibənin dayandırılması Ukrayna üçün yeganə çıxış yoludur və bunu Zelenski də anlayır:
"Əgər bir müddət əvvəl ABŞ və Avropanın ciddi dəstəyinə güvənərək müharibəni davam etdirmək niyyətində idisə, bu gün artıq başa düşür ki, meydanda tək qalıb. Odur ki, münaqişənin nəyin bahasına olursa-olsun dayandırılması vacibdir.
Ukrayna belə bir çətin dönəmdə maksimum divident əldə etməyə çalışsa da, bu, real görünmür. Prosesin sülh müqaviləsi ilə nəticələnəcəyi halda belə, Kiyev bəlli itkilərlə üzləşəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya