Polşada baş vermiş erməni həyasızlığı



Ermənilər "Azərçay"ı, Göyçay narşərabını da "özününküləşdirir"


  Əsrlər boyu digər xalqların nailiyyətlərini özününküləşdirən ermənilər bu vərdişlərindən əl çəkmək niyyətində deyillər.  Bədnam qonşularımızın növbəti “oğurluğu” Polşada qeydə alınıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, Krakov şəhərində ənənəvi etnik mədəniyyət yarmarkasında "Azərçay", Göyçay narşərabı" və Bakı qurabiyəsi “qədim erməni məhsulları” adı ilə təqdim olunub. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Şərq"ə deyib ki, heç nəyə sahib olmadıqları halda digər xalqlara, ələlxüsus türklərə xas adət-ənənəni, mədəni nümunələri, kulinariyanı mənimsəmək, özününküləşdirmək erməni xislətində var. Ekspert vurğulayıb ki, ermənilərin mənimsəmə xislətindən ən çox ziyan çəkən Azərbaycan xalqı olub: "Ermənilər təkcə tarixi torpaqlarımızı almaqla kifayətlənməyiblər. Eyni zamanda bu torpaqların qədim sahibləri olan Azərbaycan xalqının milli-mənəvi sərvətlərini, mədəniyyətini, musiqisini, yeməklərini də zəbt etməyə çalışıblar: "Polşada baş vermiş erməni həyasızlığı da dəyərlərin mənimsənilməsinin çirkin bir nümunəsidir. Təbii ki, belə təxribatların qarşısını almaq üçün hamımızın üzərinə böyük məsuliyyət düşür. İlk növbədə həmin ölkədəki səfirliyimiz, diaspora təşkilatlarımız daha diqqətli olmalıdır. Milli Məclisdəki Polşa-Azərbaycan dostluq qrupları fəallıq nümayiş etdirməli, dərhal reaksiya verməlidir. Sərgi təşkilatçılarına da xəbərdarlıq etmək, ətraflı məlumat vermək lazımdır".