Prezident yeni qanunu imzaladı - DƏYİŞİKLİK
13:32 14.01.2020
Aktual
472
Prezident İlham Əliyev Əmək Məcəlləsində və “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. AZƏRTAC xəbər verir ki, Əmək Məcəlləsinin 9-cu maddəsinin “o” bəndində “məlumatlarını” sözündən sonra “, habelə iş yerindən elektron qaydada arayışı” sözləri əlavə edilib.
Qeyd edək ki, 9-cu maddə əmək müqaviləsi üzrə işçinin əsas hüquqları ilə bağlıdır.
Həmin maddənin “o” bəndində yazılırdı ki, işçinin elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etmək hüququ var.
Yeni qanunla isə işçinin elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək hüququ olacaq.
“Məşğulluq haqqında” qanunun isə 31-ci maddəsində dəyişiklik edilib. Həmin maddə “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı ilə əlaqədardır.
31.1-ci maddədə “əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə” sözləri “elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə” sözləri ilə əvəzlənib.
Qeyd edək ki, həmin bənddə yazılır ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı yaradılır.
Prezidentin imzaladığı qanunla bu nəzarət qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədi ilə əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının elektron informasiya sisteminin əmək müqaviləsi bildirişi altsisteminə inteqrasiyası əsasında yaradılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya