Prezidentin Albaniyaya səfəri ilkdir: “Mühüm tarixi və siyasi əhmiyyəti var”
Prezidentin Albaniyaya səfəri ilkdir: “Mühüm tarixi və siyasi əhmiyyəti var”
Yusif Nəzərli
13:03 15.11.2022
Aktual
730
“Azərbaycanın düşünülmüş rasional siyasi kursu bu gün ölkəmizi Qərbdə və Şərqdə aparıcı mövqelərə gətirib. Prezident İlham Əliyevin Bolqarıstan və Çexiya səfərləri, ardınca Gürcüstan və Mərkəzi Asiyada verdiyi bəyanatlar, ona olan ehtiram Azərbaycanın dünyəvi gücünün göstəricisidir. Bu baxımdan İlham Əliyevin Albaniya səfəri bizim üçün müstəsna əhəmiyyətə malikdir”
Bu fikirləri “Sherg.az”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov Prezident İlham ƏLiyevin Albaniyaya səfərindən danışarkən söyləyib.
Ekspert bildirib ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir:
“Nəzərə almaq lazımdır ki, Albaniyaya səfər həm də ilkdir və bu baxımdan da mühüm tarixi və siyasi əhmiyyəti mövcuddur. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan dövlət başçısının Albaniya Respublikasının Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə görüşləri nəzərdə tutulur. Bu görüşlərdə iki ölkə münasibətlərini daha da irəliyə aparacaq vacib müzakirələr aparılır. Albaniya və Azərbaycan geostrateji mövqelərinə görə də Qərbdə maraqla qarşılanan ölkələr hesab edilir”.
T.İsmayılov qeyd edib ki, Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub:
“Gələn il bu tarixin 30-ci ildönümü olacaqdır. Bu münasibətlə 2023-cü ildə Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. Albaniya rəhbərliyinin Azərbaycana daimi səfərləri gerçəkləşdirilib. Albaniya Prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər ki, bu, kifayət qədər önəmli göstəricidir. Aprelin 14-ü 2022-ci il tarixində isə Albaniyanın Baş naziri Edi Rama Bakıda Qlobal Forumda vacib mesajlar verdi. “Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək” deyən baş nazir, həmçinin Azərbaycanın sülh təşəbbüslərini dəstəklədiyini söylədi. Bu gün TAP layihəsi Albaniya da daxil olmaqla bir çox ölkələr üçün yeni enerji nəfəsliyidir. Azərbaycan rəhbərliyi rəsmi Tirana ilə əlaqələrə hər zaman yüksək dəyər verib. Bunun bariz nümunəsi kimi cənab Prezidentin apreldə dediyi sözlər xüsusi ilə vacibdir. Cənab Prezident vurğuladı ki, İkinci Qarabağ müharibəsində Albaniya Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib”.
Ekspert vurğulayıb ki, bu günə qədər Azərbaycanla Albaniya arasında 8 vacib sənəd imzalanıb:
“Bunlar enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Azərbaycan ilə Albaniya Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsində uğurla əməkdaşlıq edib. Albaniyanın yüksək səviyyəli rəsmiləri (nazir və ya nazir müavini səviyyələrində) Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə verib. Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. Layihə həmçinin, Albaniya üçün ÜDM və büdcə gəlirlərinin artımını təmin edir.
Ona görə də Albaniya cəmiyyətində və siyasi fikrində TAP-a böyük dəyər verilir. 2021-ci ildə Albaniya Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. Həmin ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,95 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 0,66 mln. ABŞ dolları, ixracın həcmi 4,29 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 3,63 mln olmuşdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm